|
Ehtiyac yaranacağı təqdirdə İrana yenidən sanksiyalar tətbiq etmək gücünə sahibik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner söyləyib. Onun sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə Vaşinqton bu məsələni yenidən Konqresin müzakirəsinə çıxardacaq.
Qeyd edək ki, Vyana razılaşmasından sonra ABŞ İrana sanksiyaların ləğv edilməsi öhdəliyini üzərinə götürüb. Bunun qarşılığında isə rəsmi Tehran nüvə fəaliyyətini kəskin şəkildə azaltmalı idi. Son aylar ərzində İranın ballistik raket sınaqları keçirməsi Vaşinqtonun kəskin etirazlarına səbəb olub.