Vladimir Putindən sonra Rusiya prezidenti vəzifəsini Sergey İvanov tuta bilər. Bu sözləri Ukrayna mətbuatına müsahibəsində Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, İvanovun tez-tez Qərb mətbuatında peyda olması onu Qərb üçün konstruktiv partnyor edə bilər: “Putinin ətrafı ondan Qərbin sanksiyaları və Ukrayna planının məhv olmasına görə narazıdırlar. İvanov öz müsahibələri zamanı tez-tez Qərbə müsbət siqnal göndərir”. Qeyd edək ki, Sergey İvanov hazırda Rusiya Prezident Administrasiyasının rəhbəridir.