"Rusiya ona görə bizim düşmən dövləti belə cəsarətlə silahlandırır ki, Azərbaycanda ona bağlı olan 5-ci kalonun iqtidar olduğunu bilir"

AXCP sədri Əli Kərimli özünün "facebook" səhifəsində Rusiyanın Ermənistanı silahlandırmasından yazıb. Həmin yazını təqdim edirik:

"Deyirdim axı, bu hökumət milli təhlükəsizliyimizə də təhdiddir. Hökumətimizin yaxın dostu, “böyük qardaşı" Rusiya Ermənistanı sürətlə silahlandırır. İndi də məlum oldu ki, Rusiya Ermənistana "İskander-M" operativ-taktiki raket kompleksi satmaq niyyətindədir. Bu raketlər Rusiyanın ən müasir silahlarından hesab olunur.

Azərbaycan üçün çox ciddi təhlükələr yaradır. Ermənistanın silahlanması üçün Rusiyanın ayırdığı 200 milyon dollarlıq kredit də bu gün Ermənistan parlamentində təsdiqləndi. Maraqlıdır ki, Rusiya niyə məhz indi Ermənistanı belə ciddi şəkildə silahlandırır? Təbii ki, səbəbin biri qlobaldır.

Guya bu şəkildə Rusiya sərhədlərinə yaxınlaşan NATO-ya qarşı tədbir görür. Amma etiraf edək ki, bu, real versiya deyil. Çünki Rusiya rəhbərləri özləri açıq dedilər ki, “başımız xarab olmayıb ki, NATO ilə müharibə edək”. Deməli, bu raketlərin NATO-ya qarşı istifadə ehtimalı yoxdur. Amma Azərbaycana qarşı bu raketlərdən də, Ermənistana verilən istənilən başqa Rusiya silahından da istifadə oluna bilər.

Bəli, indi Rusiya ona görə bizim düşmən dövləti belə cəsarətlə silahlandırır ki, Azərbaycanda ona bağlı olan 5-ci kalonun iqtidar olduğunu bilir. Bilir ki, bütün silahlarını Ermənistana bağışlasa da, Azərbaycan rəhbərliyi ona etiraz etmək cəsarətinə sahib deyil. Üstəlik, onu da bilir ki, burada iş başında olan adamları Azərbaycanı addım-addım belə məqamlarda Rusiyaya qarşı balans yarada biləcək Qərbdən uzaqlaşdırırlar. Ölkəni sistemli şəkildə özünütəcridə aparırlar. Millətin də daxili müqavimətini qırırlar.

Amma etiraf edək ki, Azərbaycan hökuməti balans siyasətinə bu dəfə də sadiqdir. Bütün dünyanı balanslı şəkildə özümüzdən uzaqlaşdırırıq. Hanı bu ölkənin dostu? Kimdir bizim müttəfiqimiz? 20 il vətəndaşımızı aldatdılar ki, Qarabağı ATƏT alıb, bizə verəcək. Sonu nə oldu? ATƏT-in özünü Azərbaycandan qovurlar. Gerçəkdən də Qarabağ dərdi çəkən bir hakimiyyət bu qədər avantürist ola bilərmi? Bircə Türkiyə ilə münasibətlər qalır. Amma o münasibətlər də səmimi deyil, üstəlik, Türkiyə bir NATO üzvü olan dövlətdir. Azərbaycan hakimiyyətinin söydüyü paytaxtlarda qərarlar verilməsə, Türkiyə təkbaşına hərbi addım atmaz.

Əziz həmvətənlər, bunlar yalnız hüquqlarımızı məhdudlaşdırıb, sərvətlərimizi talan etmirlər, həm də ölkəmizi düşmən qarşısında təklənmiş, zəifləmiş duruma salırlar. Mürgüdən ayılmalıyıq! Təhlükələri qiymətləndirib, onu dəf etmək üçün səfərbər olmağı bacarmalıyıq".

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti