|
İslam Əməkdaşlıq Təşkilatının Avropa Biriliyində səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılması xəbərinə münasibət bildirib.
Yazdığı statusları ilə diqqət mərkəzinə düşən Arif Məmmədov "Azadlıq"a verdiyi açıqlamasında öz istəyi ilə vəzifəsindən getdiyini deyib:
"Artıq heç kəsə sirr deyil ki, mən peşəkar siyasətə gələrək, ölkəmin və xalqımın problemləri ilə məşğul olacağımla bağlı bəyanat vermişəm. Bu bəyanat bütün ölkə ictimaiyyətinə, eləcə də Avropanın siyasi çevrələrinə bəllidir. Hər kəs anlayışlı qarşılayar ki, mənim siyasətçi olaraq konkret bir beynəlxalq təşkilatın səfiri vəzifəsilə özümü məhbdudlaşdırmağım doğru alınmazdı. Hesab edirım ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim".