|
“YAP vəsiqəsi daşıyıb insanların haqqını yiyənlər düşməndir və ilk növbədə cənab Prezidentin ayağının altını qazan qurumsaqlardı”
Teleqraf.az xəbər verir ki, millət vəkili Siyavuş Novruzov öz “facebook” səhifəsində qudurğan məmurlardan yazıb. Parlament üzvü qeyd edib ki, bu cür hökumət nümayəndələrinə qarşı ciddi addımlar atılacaq:
“Cənab Prezident çox doğru olaraq, son müşavirədə vurğuladı ki, ölkəmizdə heç nə qanundan yüksəkdə dayanmır. Qanun qarşısında heç bir şəxs özünü imtiyazlı saya bilməz. Bu neçə gündə mənə çoxlu şikayətlər gəlir. YAP-ın vəsiqəsini gəzdirib, xalqın qanına susamış qudurğanlar araşdırılacaq. Vətəndaşlarımız yəqin fərqindədirlər ki, son bir ildir biz onları dövlət aparatından rədd eləməklə məşğuluq. İndi də o proses gedir. Hamıya bir az səbrli olmağı, cənab Prezidentimizin müdrikliyinə inanmağı tövsiyyə edirəm. Çox keçməyəcək ki, quzu cildinə girmiş qurdların dərisi soyulacaq. Onların cinayətlərini heç kim yox, elə biz YAP-çılar mühakimə edəcəyik. YAP vəsiqəsi daşıyıb insanların haqqını yiyənlər özbaşınalıq edirlər. Belə şəxslər düşməndir və ilk növbədə cənab Prezidentin ayağının altını qazan qurumsaqlardı. Amansız olacağıq!”