“Həcc ziyarətinə getmək üçün imkanın yoxdusa, getmək vacib sayılmır. Bəzən olur ki, insanlar kimdənsə borc alırlar ki, "ziyarətə gedirəm". Kiminsə getməyinə kömək göstərmək yaxşı bir şeydir. Amma insanın özünün imkanı yoxdursa, imkansız vəziyyətdə Həcc ziyarətinə getməsinin heç bir mənası yoxdur”.

  Teleqraf.az xəbər verir ki,bunu azvision.az-a millət vəkili Fazil Mustafa bildirib. 

 Həcc ziyarətinin bahalaşmasına münasibət bildirən deputat qeyd edib ki, imkanı olmayan şəxslərin borcla ziyarətə getməsi düzgün deyil: “Ola bilər ki, qiymətlərin qalxmasının subyektiv səbəbləri var. Bunu dəqiq deyə bilmərəm. Daha çox obyektiv səbəblərlə bağlı olduğu müşahidə olunur. Çünki müvafiq qurum istəməz ki, Həcc ziyarətinə gedənlərin sayı azalsın. Belə olsa özlərinin məsrəfləri müəyyən dərəcədə arta bilər. Nə qədər çox adam gedərsə, məsrəflər bir o qədər olar. Bunun bütövlükdə şikayət kimi cəmiyyətə çatdırılmasının tərəfdarı deyiləm. İmkan yoxdursa, getmək lazım deyil. İmkanın varsa, lazım olan məbləği toplamısansa, o zaman getmək daha doğrudur. Aşağı qiymətlər olsa, insanlar arzularına görə gedərlər”.

 Deputat digər bir məsələyə toxunaraq qeyd edib ki, Azərbayycanda Həcc ziyarəti mədəniyyəti xeyli aşağıdır: “Əksər azərbaycanlının Həcc ziyarətində davranışları digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Ona görə də bunun üzərində daha çox düşünmək lazımdır. Həcc ziyarəti mədəniyyətini yüksəltmək vacibdir. İbadət üçün normal şərait yaradılmalıdır. Əsas bunları təmin etmək lazımdır. Ona görə də bu problemin Qafqaz Müsəlmanları İdarəsinə yüklənmək üçün istifadə olunmasının tərəfdarı deyiləm. Araşdırılsın ki, həqiqətən məsrəflər nədir, onu şəffaf şəkildə insana çatdırmaq lazımdır. Elə sahə var ki, orada qapalılıq olmaz. Belə olanda insanda şübhə olur. O baxımdan bütün detalları orada qeyd etməlidirlər ki, hara nə qədər xərc çəkilir ki, qiymət bu qədər qalxır. Bunu etsələr insanlar narazılıq olmaz, rahatlıq və anlayışla qarşılıyarlar ki, ora gediş-gəliş Azərbaycanda asılı olan məsələ deyil”.

 Özünün də Həcc ziyarətində olduğunu deyən F.Mustafa qeyd edib ki, bizdə insanlar Yesentuki istirahət zonasına necə gedirlərsə, təqribən Həccə də eyni platformada gedirlər: “Yesentukidə müalicə alıb gəlməsinə baxmayaraq, həmin yeyib-içməyini davam etdirir, müalicədən əvvəlki həyat tərzini davam etdirir. Bir ildən sonra yenə gedir. Ora sağlamlıq üçün gedib müalicə alır, sonra gəlib həyat tərzi ilə özünü xəstələndirir. Həccə gedən insanların da müəyyən qismi gedir titul alıb, öz adının qabağına qoyur. Ölkəyə qayıdandan sonra da öz köhnə həyat tərzini davam etdirir. Bu saxtakarlıq daha çox bizim ölkədə yayılıb. Ona görə də bu Həcc mədəniyyətini xeyli aşağı salır. Bunun üzərində düşünmək daha məqsədəuyğundur”.

 Milli Məclisin üzvü vurğulayıb ki, bir nəfərin dəfələrlə Həcc ziyarətinə getməsinə qətiyyən ehtiyac yoxdur:"Ümumiyyətlə bu məqbul sayılmır ki, kimsə dilənərək, kimdənsə borc götürüb Həcc ziyarətinə gedir. Bu heç bir halda qəbul olunmur. Həcc yeganə ziyarətdir ki, Allah buyurur ki, yalnız buna imkanı çatanlar getsinlər. İmkanı çatan adam olsa belə, qonşusuna, yaxınlarına borcludursa, yaxud da hansısa, halallıq almadığı hər hansı bir hadisə varsa, heç onun da getməyi məqbul sayılmır”.

 Millət vəkili hesab edir ki,Azərbaycan yeganə ölkədir ki, burada hacı, məşədi, kərbalayi adları hər kəsin adının qabağında titul olaraq düzülür. İnsanlar sırf ziyarət üçün deyil, rekmal xatirinə ziyarətə yollanırlar:“Gerçək ibadətdən çox adı düşünürlər. Elə düşünürlər ki, bu adım olarsa, o zaman mötəbərliyim qalxacaq...Yəni elə şeylər var ki, İslamın Azərbaycan modelidir və dində belə yanaşma ancaq bizim ölkədə mümkündür. O baxımdan da düşünmək lazımdır ki, Həcc ziyarətini saxtakarlıq yerinə çevirmək günahdır və doğru addım deyil”.

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti