|
Dövlət başçısının əfv sərəncamı ilə azadlığa çıxan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı icazəsis aksiyalara qoşulanlara tədbiq edilən cərimələrin çoxluğu haqqında özünün “Facebook” səhifəsində maraqlı yazı paylaşıb.
Teleqraf.az həmin yazını oxucularına təqdim edir:
Bu gün həbsdən azad olunanlara verilən birdəfəlik müavinəti aldım. Minimum əmək haqqının 4 misli - 420 manat pul verirlər. Mən həbsdə olanda mitinqə, nümayişə çıxanlara, ictimai asayişi pozanlara qarşı tətbiq olunan cərimələrin fantastik dərəcədə qaldırıldığını oxudum. Məsələn, 20-30 manat cərimələnən adamları indi 3000-6000 manata qədər cərimələyir və bundan sonra da sözün bütün mənalarında mələdirlər. Deməli, ən azı cərimələri 300 dəfə artırıblar. Əgər cəriməni 300 dəfə artırıbsansa, o zaman şərləyib içəri saldığın və illərlə haqsız yerə saxladığın vətəndaşının çıxandan sonrakı adaptasiyasını da düşünməli və verilən "qanpulu"nu da o ölçüdə artırmalısan. Məsələn, 420 manat yox, ən azı 30.000 manat verməlisən. Cərimələri artırdığın ölçüdə. Elə deyilmi?
Dövlət baba, sən məni 3 il 2 ay 2 gün "öldürmüsən". 1158 gün əlimi-qolumu bağlamısan. Məni ən azı 3.000.000 manat ziyana salmısan. İndi 420 manatla işini bitmiş sanırsan. Ədalətdəndirmi?
Belə ədalət olarmı?