Partiyadan onlara sərt cavab verildi; “Təşkilatla üzvlərin, yaxud üzvlərlə partiyanın münasibətləri bəyanatlarla deyil, nizamnamə ilə tənzimlənir”

Müsavat Partiyasının narazı üzvləri noyabrın 14-də partiyanın rəhbərliyi qarşısında şərtlərinin yer aldığı bəyanat yayıblar. Musavat.com-a daxil olan bəyanatda 18 nəfər üzv Müsavat Partiyasının rəhbərliyi qarşısında məsələ qaldıraraq onun həlli üçün 3 şərt qoyub.

Bəyanatda bildirilir ki, son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı “cəza vermək” çağırışlarınıı əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi ciddi narahatçılıq doğurmaqdadır: “Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. 

Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya üzvləri Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb”. 

Bəyanatı imzalayan 18 nəfər (Qubad İbadoğlu, Vurğun Əyyub, Hikmət Hacızadə, Mehman Cavadoğlu, İbrahim İbrahimli-MNTK-nın sabiq sədri, Məryəm Oruclu, Fəxrəddin Bağırov, Hökümə İbrahimli, Adil Qeybulla, Ellada Məmmədli, Dünyaxanım Cahan, Hüseyn Məlik, Sədaqət Paşayeva, Lətafət Məlikova, Tural Abbaslı, Rafiq Bəy İsmayıl, Asif Məmmədli, Allahverdi Orucov) Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında aşağıdakı məsələləri qoyublar və onların təcili həllini tələb ediblər: “Partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun.

Partiya üzvlüyündən mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə normalarına uyğunlaşdırsınlar. Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun".

Narazıların bəyanatına Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı münasibət bildirdi. S.Soltanlı dedi ki, narazı olan kimsə varsa, aidiyyəti partiya orqanlarına şikayət edə bilər, bəyanat yazıb mediada yaymaqla iş həll edilmir: “Bu, növbəti şoudur. Onlar səmimidirlərsə, partiyanın müvafiq orqanlarına rəsmi şəkildə yazılı müraciət edə bilərdilər. Bəyanat yazıb mediada yaymaq səmimiyyətdən yox, başqa məsələlərdən xəbər verir. Kimlərinsə partiyanın işini iflic etmək cəhdləri əbəsdir. Belə məsələləri şişirtmək, şou göstərmək lazımsız fəaliyyətdir. Onlar qəzet və saytlara deyil, bu məsələlərlə bağlı Müsavat Partiyasının strukturlarına müraciət etməlidir. Bu haqda Müsavat Partiyası qərar verə bilər. Belə bəyanatlara qalsa, 200 insan müraciət edə bilər ki, Vurğun Əyyub və Səxavət Soltanlı partiyadan çıxarılsın. Biz o zaman nə etməliyik? Partiya ilə üzvlərin, yaxud üzvlərlə partiyanın münasibətləri bəyanatlarla deyil, nizamnamə ilə tənzimlənir”.

S.Soltanlı onu da qeyd etdi ki, Nizamnamə pozuntusuna yol verdikləri üçün partiyadan çıxarılan şəxslər 6 aydan sonra üzv olmaq üçün yenidən Müsavat Partiyasına müraciət edə bilərlər. Bu insanların narahatçılığı üçün əsas yoxdur: “Müsavat Partiyasının nizamnaməsinə görə üzvlərin qəbulu və çıxarılması rayon təşkilatlarının özəklərində, Şura, İdarə Heyəti, Divan və MNTK tərəfindən aparıla bilər”.

Müsavatın müttəfiqi olan Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli isə dünən özünün facebook səhifəsində qeyd edib ki, faciə tək onda deyil ki, Qubad İbadoğlu və qeyriləri yalan danışır. Əsas faciə odur ki, Musavat cameəsi daxilində bu cür yalanların bəzən ayaq tutub yeriməsi üçün şərait var: “Bu şəraitin yaranmasının əsas səbəbi də Müsavatın mənəviyyat simvolları kimi qəbul etdiyimiz bəzi simaların tam üzdə olan bu həqiqətlərdən bixəbər kimi özlərini aparıb, yaxşı halda susqunluq nümayiş etdirmələri, pis halda Müsavata qarşı hakim irtica tərəfindən aparılan mənəvi terrora açıq və ya üstüörtülü siyasi dəstək vermələridir. İndi Müsavat ətrafında yaradılan bu situasiyada susmaq və mövqe bildirməmək də hər bir vicdanlı adamdan məsuliyyət tələb edir. Mən adlar çəkmirəm. Lakin bəzi adamların bu gün guya siyasət aparıb özlərini bu situasiyanın fövqündəki kimi göstərmək cəhdləri də günümüzün acı reallığıdır. Xeyirlə şər, haqla nahaq, yalan və həqiqət üz üzə gələndə mövqesizlik, bitərəflik əslində mənəviyyatsızlıqdır”.

V.Hacıbəyli ikinci statusunda isə yazıb ki, o adlar çəkməmişdi, amma Müsavatın mənəviyyat simvolları kimi qəbul etdiyimiz bəzi adamların da imzaları ilə paylaşılan bəyanatda bir sıra tanınmış müsavatçılar partiyadaxili “repressiyalara” etiraz bildiriblər. Repressiyalara misal olaraq üç nəfərin adı çəkilir, onlardan biri də qadın müsavatçını söydüyü üçün partiyadan çıxarılan şəxsdir: “Bu cür söyüşün şəxsi yazışmada işlədilməsi həmin şəxsin cinayət məsuliyyətindən azad olunması üçün hüquqi əsas ola bilər, lakin bu hal onu siyasi və mənəvi məsuliyyətdən azad etmir. Qubadlıdan olan müsavatçının da mövqeyi buradan hamıya məlumdur. Əvvəlcə bütün körpüləri yandırmaq, hətta Müsavatın rəhbərliyini ”hakimiyyət tulaları" adlandıranlara dəstək vermək, bundan sonra həmin partiyada qalmaq üçün mücadilə etmək nə dərəcədə məntiqlidir? Başlıcası, insanlara qarşı açıq həqarət edənləri nə adla müdafiə etmək olar? Mən bu adamların hansı kriteriyalar əsasında hərəkət etdiklərini anlamaqda çətinlik çəkirəm. Amma bu adamların mövqeyinin Müsavatdakı qeyri-sağlam proseslərin təşəkkülündəki yeri və rolu mübahisəsizdir. Müsavat birbaşa hakimiyyətin planlaşdırdığı və yönətdiyi mənəvi terror aksiyasıyla üz-üzədir və bunun qarşısı alınmalıdır".

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti