|
Ona gorə ki, bizim ailənin və səxsən özümün,başda Ağsu rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyev Ağsu rayon polis sobəsinin rəisi, polis polkovniki Bahadur Şükürov, kecmis rəis müavinləri,indi hal- hazırda təqaüddə olan polis polkovnik-leytenantı Seyidəliyev Mirfazil ( Seyidəliyev Mirfazil Ənvər Seyidəliyevin qardaşıdır), kecmis əməliyyat uzrə rəis mavini Mehman Məmmədov qrupunun mənim başıma gətirdikləri müsibət haqqında ölkə başçısına etdiyim müraciətlər nəticəsis qalmışdır. Həmçinin mən aidiyyati uzrə 7 instansiya məhkəməsinə müraciət etdim və hec bir seyə nail ola bilmədim.
29.09.2014- ci il də ABŞ-ın Azərbaycandakı səfirliyinə sığınacaq almaq barədə muraciət etdim və hal-hazırda cavab gozləyirəm. Hətta mən ailəmlə birlikdə Azərbaycan Respublikasının Daxili Islər nazirinin qəbulunda oldum orda da heç bir nəticə əldə edə bilmədim. Yuxarda sadaladıgım vəzifəli səxslərin əməlləri goz qabagındadır. Onların tutdugu işlər aldıqları rüsvətlər, bir sozlə vətəndasları aldadıb hər vasitə ilə cibini kəsmək elə bil ki onların anadangəlmə vəzifə borclardır.
Ənvər Seydəliyevi olkə bascısı Agsu rayonuna icra hakimyyətinin başçısı vəzifəsinə təyin edərkən biz Agsu caamatı sevindik ki, şükürlər olsun Allaha ki, rayonumuz abadlaşacaq, firavan yasayacağıq. Sən demə Seyidəliyev özü ücün var dovlət yıgmaga gəlibmiş. Onun qeyri- qanunu isləri barədə tez- tez mətbuatda yazılar dərc olunur. Onun satdıgı torpaqların sayı-hesabı yoxdur. Onun elə obyektləri var ki, dovlətin qanunla qorunan ərazisində tikilib. Əvvəllər torpaq sahələrini metrə ilə ölçürdülərsə, indi xətkeşlə tində-bucaqda yer axtarıb satdırır. Mən ozum az da olsa bu yazdiqlarımı mətbuat vastəsi ilə ictimaiyyətə catdırmaq istəyirəm ki, qoy hamı bilsin ki, Ağsu rayonunu kimlər idarə edir.
Agsu rayonunda vəzifəli səxslər ozləri əyri ola-ola duz adamı şərləyir və pula gorə işdən cıxartdırırlar. Buna misal olaraq mən özümü göstərmək istəyirəm.
Özüm Qarabağ müharibəsi veteranıyam. 1991- ci ildə Latviya respublikasının Zemeliski rayonunda polis nəfəri vəzifəsində isləmisəm. Ermənilərin dövlətimizə qarşı torpaq iddiası qaldırdığı zaman könüllü olaraq öz raportumda yerimi dəyişdirib, Tərtər rayon polis şobəsində, Agdam bölgəsində xidmətimi davam etdirmişəm. Üzərimə düşən vəzifəni calısmısam ki, layiqincə yerinə yetirim.
1992- ci ildən 2012- ci ilin fevral ayının 18-nə qədər Agsu rayon polis şöbəsində polis nəfəri vəzifəsində çalışmışam. Ailə vəziyyətimlə baglı mən Ağsu səhər suvarma sistemlər idarəsinin müdiri Əlüseyn Mayılovdan xahis etdim ki, mənim qardaşıma imkan daxilində bir işlə təmin etsin. Bir muddət kecdikdən sonra evimizin yaxinlığında olan su idarəsinin qarşısında təzə traktor dayandıgını gördüm. Oranın gözətçisindən soruşdum ki, bu traktor kimindir.Bildirdi ki,idarəmizə təzə gətirilib. İdarənin müdirindən bu tarktoru qardaşıma verməsini xahiş etdikdə o dedi ki, Ağsunun icra başçısının qohum-əqrabası ona işləməyə imkan vermir,hər bir şeyə haqq qoyublar. Ancaq mən sizin rəislə dostam. Gətirdiyim təzə traktorun 3000 manat şirinliyi var. Mən ona ailəmizin böyüklüyünü və pulumuzun olmamasını dedim. İdarənin müdiri isə mənə bildirdi ki, mənə kim pul versə traktoru da ona verəcəyəm.Həqiqətən də o bu traktoru hər ay 2 quzu almaq şərti ilə başqa bir adama verdi. Mən ona bildirdim ki, başda icra başçısı olmaqla qanunsuz əməlləri barədə dövlət başçısına məlumat verəcəm. 20 dekabır 2011- ci ildə su idarəsinin müdirinin insanları aldadaraq rüşvət alması haqqında cənab prezidentə müraciət etdim. Mən sonra ACE-nin nin sədri Əhməd Əhmədzadəyə də onun qanunsuz əməlləri barədə məlumat yazdım. Aradan bir müddət keçdikdən sonra mən polis şöbəsinə işə gələrndə bildirdilər ki, mənim haqqımda Əlhüseyin Mayilov şikayət ərizəsi yazıb. Mən təcübləndim ki, onun haqqında ölkə başçısına məlumat vermişəm, indi isə məndən şikayət edilir. Sonradan məlum oldu ki, Əlhüseyin Mayılov Agsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə bildirib ki, polis serjantı Qənbərov Səxavət bizim əməllərimiz barədə prezidentə məlumat verib. Ənvər Seyidəliyev deyib ki, mən rəisə zəng edəcəyəm,sən polis şöbəsinə gedib onun haqqında yalandan ərizə yazıb üzünə durarsan. Onu işdən azad edəcəm. İcra başçısının tapşırığı həyata keçdi. Mənim üzümə durdular ki, güya ki, mən su idarəsinin müdirindən 10 manat rüşvət istəmişəm və idarədən agac qırıntıları aparmışam. 7 dəfə keçirilən məhkəmədə bir nəfər də olsun hakim cəsarət edib su idarəsinin müdirini məhkəməyə gətirə bilmədilər. Çünki bu işin təşkilatçısı birbaşa icra başmısı Ənvər Seyidəliyevdir. Belə insanlarla dövlət idarə etmək olarmı? Şəxsən mən düşünürəm ki, belə vəzifəli şəxslərin tabeçiliyində işləməkdənsə xaricə gedib onların qoyun-quzusunu otarmaq daha yaxşıdır.Mən polisdə işlədiyim zaman da belə rüşvətxor insanlara nifrət etmişəm. İstəmirəm övladlarım da böyüyüb bunlar kimilərinin tabeçiliyində yaşasınlar.
Səxavət Qənbərov
P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.