“Var gücümlə çalışacam Xədicə İsmayılova həbs olunsun!”
Bayraqdar Elman Türkoğlu Azadlıq Radiosunun Jurnalisti Xədicə İsmayılovu, onun ləyaqət və şərəfinə toxunduğuna görə məhkəməyə verib.
Oktyabr ayının 9-da keçirilinən məhkəmədə Xədicə İsmayılıova qarşı tərəfin suallarına cavab verməkdən imtina edib. Bu faktı Elman Türkoğlu da təstiqləyərək bildirib ki, öncə suallara cavab verməyən X. İsmayılova suallara bu formada cavab verib ki, bu sənədləri mənə keçmiş milli təhlükəsizlik nazirliyinin işcisi Ramil Nağıyev göndərib. Elman Türkoğunun isə bildirdiyinə görə, Ramil Nağıyev Elman Türkoğlu əlaqə saxlayaraq deyib ki, bu sənədi mənə ilk dəfə 2011 ci ildə “Azadliq” qəzetinin keçmiş baş redaktoru Qənimət Zahidov göndərib. Mən Qənimət Zahidova etiraz etdim ki, bu sənəd və üstündəki möhür saxtadır. Elman Türkoğlunun sözlərinə görə, buna baxmayaraq X, İsmayılova, Qənimət Zahidov, Natiq Adilov 2011 ci ildə həmin saxta sənədi internet saytlarında, və qəzetlərdə paylaşıblar.
2011 ci ildə paylaşılan saxta sənədlərə Elman Türkoğlu məhkəməyə verəcəyini bildirəndəndən sonar, saxta sənədləri saytdan silsələrdə, çox təəssüblər olsun ki, bir neçə saytlarda qalib.
“Elman Türkoğlu deyib ki, 2014 cü ilin fevral ayının 17-də gecə saat birin yarsında yenidən X.İsmayılova tərəfindən həmin saxta sənədlər, Xədicə İsmayılovaya məxsus olan "facebook" səhifəsində paylaşilib. Mən Xədicə İsmayılova ilə əlaqə saxladım ki, həmin yazını silin mənim şərəf və ləyaqətimə toxunusuz qarşılığında, Xədicə ismayılova bidirdi ki, “əcəb etmişəm əlimin içindən gəlib get ver məhkəməyə”
Elman Türkoğlu bunu da bildirdiki: “ var gücümlə çalışacam Xədicə İsmayılova həbs olunsun! Heç bir tanınan simalardan mənə Xədicə İsmayılovanın xahişini etməsin onu bağışlamayacam.”
Elman Türkoğlu, Xədicə İsmayılovanın məhkəməsindən sonar Natiq Adilovu, və Əli Kərimovuda məhkəməyə verəcəyini deyir. Onun sözlərinə görə bu saxta sənədin tərtib edilməsində bu şəxslərin əlləri var.
Diqqətinizə çatdırım ki, X. İsmayılova Elman Türkoğluna qarşı Milli Təhlükəsizlik Nazirliyinin zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və bir neçə ağır ittihamla çıxış edib. Elman Türkoğlu, onun şərəf və ləyaqətinə toxunduğuna və Böhtan atdığına görə Xədicə ismayılovadan Binəqədi Rayon məhkəməsinə müraciət edib.
Növbəti Məhkəmə 10 oktyabr 2014 cü ildə Binəqədi rayon məhkəməsində saat 17-00 da olacaq.
Azər Jurnalist
Teleqraf.az