|
KXCP GT-nın Sədri Ceyhun Nəbi xədicə İsmayılın həbs olunacağı təhlükəsi ilə bağlı özünün "Facebook" səhifəsində yazı paylaşıb. Yazısında Xədicə İsmayılovu məhkəməyə verdiyini bəyan edən keçmiş KXCP üzvü, bayraqdar Elman Türkoğluna müraciət etməyi də unutmayıb.
Teleqraf.az Ceyhun Nəbinin yazısını oxucularına olduğu kimi təqdim edir:
"İndi də Xədicə İsmayilin həbsi gündəmə gəlib, Xədicə İsmayil İlham Əliyev hakimiyyətinin ifşasında rol oynayan əsas 5 şəxsdən biridir.
Onu şərləmək üçün hakimiyyət müxtəlif yollar axtarir, düzdür həbs etmək istəsələrdə hələ ki, qorxutmaq yolunu seçib.
Bunun üçün Baş Bayraqdar Elman Türkoğlu təxmini 6-7 ay bundan əvvəl Xədicə İsmayilin onun haqqinda paylaşdığı yazinin şəxsiyyətini aşağıladığıni əsas tutaraq məhkəməyə müraciət kimi gündəmə gətirirlər.( bu müraciət 6-7 ay bundan qabaq olsada işin üstünə düşməyiblər, indi maraqlarina gəlib deyə Xədicə İsmayilin ölkəyə gəlməməsi üçün onu məhkəmə olacagı ilə qorxudurlar( indi o Polşadadir, orada keçirilən tədbirdə ciddi əsaslarla İlham Əliyev diktaturasini ifşa edib )
Birincisi Elman bəyin məhkəməyə müraciətinin hüquqi əsaslari yoxdur, kim subut edə bilər ki, o sənədi Xədicə İsmayil tərtib edib ? ( Bunu dəfələrlə Elman bəyə bildiriblər )
"Fasebook"da paylaşılan qeyri-ciddi sənədləri, paylaşımları, pivə, araq vura-vura yazilan statuslar hüquqi əsasi olmayan faktlardir və məhkəmədə istintaq materiali kimi istifadə oluna bilməz.
Çoxlari hesab edir ki, Elman Türkoğlu hakimiyyətin oyununda istirak edir, əslində bu belə deyil, Elman Türkoğlu 6-7 ay bundan əvvəl edilimiş müraciətinə indi baxirlarsa, bu o demək deyilik ki, Elman Türkoğlu oyunda istirak edir. sadəcə hakimiyyət bu isdən məharətlə istifadə etməyə çalışır, Elman bəyi öz siyasi maraqlarına görə oyuna qoşurlar.
Baş Bayraqdardan xais edirəm ki, indiki situasiyada hakimiyyətin əlinə şans vermək dogru deyil, onlarin planlarini pozmaq üçün öz şikayətindən imtina et. Elman Bəy siz inancli birisiniz həm Allaha, həmdə ki, təmsil olunduğunuz millətinizə böyük sevgi və eşqlə inanirsiniz, belə halda günhakarların cəzasini( əgər varsa ) iradəsi sonsuz olan Allah verəcək, siz onu əgər günakar biri hesab edirsinizsə, ondanda günhakar olanlarin əlinə verməklə hansi mənəvi rahatligi əldə edə bilərsiniz.
P.S : Elman Türkoğlunun Azərbaycan üçün etdiklərinin zərrəsini edə bilməyənlər sussa yaxsidir, bosboğazliq etməsə yaxsidir. Elman Türkoğlu oz şirin həyatini Azərbaycana, onun istiqlalina, hürriyyətinə və onun böyük öndəri Əbülfəz Elçibəyin yoluna və ideyalarina həsr edib. Bu gün belə fakir və füqaraliq icində yataqxanada yaşayir ( iki evini şəhid ailələrinə hədiyyə edib ). əynində ki, geyim il baximindan 90-ci illərindir, onu harasa baglayanlar ciddi düsünsə yaxsidir."