|
ABŞ-ın "Wall Street" (Divar küçəsi) jurnalı Türkiyənin İŞİD-ə qarşı siyasətini və ABŞ liderliyində yaradılan koalisyaya mövqeyini qiymətləndirən kəskin bir yazı yayımlayıb.
Teleqraf.az-ın məlumatına görə axar.az "Online.wsj.com"a istinadən xəbər verir ki, "Ankara artıq ABŞ-ın müttəfiqi deyil" başlığında yayımlanan xəbərdə İngiltərənin Suriyanı bombalayacağı, Almaniyanın heç bir gücdən istifadə etməyəcəyini, sonda isə Türkiyənin geri addım atdığını vurğulayıb.
Türkiyənin İŞİD-ə qarşı hərbi dəstək verməyəcəyi və həmçinin Suriya sərhəddinə 160 kilometr məsafədə yerləşən "İncirlik" hərbi bazasından ABŞ-ın istifadə etməsinə razı olmayacağı bildirilib.