Vəkil isə hesab edir ki, Xalid Mədətov 9 il azadlıqdan məhrum edilməli idi

 Məşhur tarzən Ağasəlim Abdullayevin ailəsi onlara faciəyə yaşadan Xalid Mədətova hakimin kəsdiyi cəzanı ədalətli sayır.

ANS TV-nin məlumatına görə, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində tarzənin həyat yoldaşı və nəvəsinin ölümünə səbəb olan qəzanı törədən Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə zalından birbaşa ümumirejimli cəzaçəkmə müəssisəsinə aparılan Xalid Mədətov həbsxanadan çıxdıqdan sonra 5 il avtomobil idarə etmək hüququndan da məhrum edilib.

Bu ilin mart ayından Zığ şossesindən, hava limanına gedən yolda sərxoş vəziyyətdə yüksək sürətlə avtomobil idarə edən X.Mədətov nəqliyyat vasitəsini Ağasəlim Abdullayevin oğlu Vüqarın atomobilinə çırpmışdı. Nəticədə tarzənin həyat yoldaşı və 3 yaşlı nəvəsi hadisə yerində dünyasını dəyişmişdi. Müxtəlif bədən xəsarətləri alan Ağasəlim Abdullayev, oğlu və gəlini isə uzun müddət bu hadisənin şokunu yaşadı.

Aparılan istintaq araşdırmaları zamanı içkili vəziyyətdə avtomobili idarə edən Xalid Mədətovun günahkar olduğu tam sübuta yetirildi. Bu səbəbdən məhkəmənin qərarının nə olacağını öncədən duyan Mədətovlar ailəsi Abdullayevlər ailəsinə maddi təzminat ödəyərək cəzanın azaldılmasını istəsələr də, tarzən onların təklifindən imtina etdi. Hətta zərərçəkən ailə qəza zamanı dəymiş ziyana görə məhkəməyə maddi təzminat istənilməsi ilə bağlı müraciət də etməyib.

Ailənin qızı Yeganə xanım düşünür ki, hec bir cəza nə onun anasının, nə də ki 3 yaşlı qardaşı oğlunun dərdini unutdura bilməz.

“Belə bir hadisəyə görə ölmürlük həbs cəzası verilməli idi. Nə edək ki, bizdə belə bir qanun yoxdur. Prezidentimizə öz təşəkkürümüzü bildiririk”, - deyə Yeganə xanım bildirdi.

Yeganə xanım hadisədən bir gün sonra Xalid Mədətovun atası Mübariz Mədətovun, bir neçə gün sonra isə xarici ölkələrin birində səfirlikdə işləyən qardaşının işdən kənarlaşdırılmasını Azərbaycan hökumətinin bu hadisəyə xüsusi diqqət göstərməsi ilə əlaqələndirir.

Xalid Mədətovun vəkili Samir İsayev isə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin cəzanın müddətinin çox təyin edib. Çünki bu, təqsirləndirilən şəxsin ilk məhkumluğu idi. Bu səbəbdən yüngülləşdirici hallar nəzərə alınmaqla Xalid Mədətova 9 il müddətinə həbs cəzası təyin edilməli idi. Hazırda məhkəmənin hökmündən Mədətovlar ailəsinin apellyasiya şikayəti verib-verməyəcəyi isə bəlli deyil.

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti