Zəka Sahib

Səhv etmirəmsə belə bir bədii əsər var: Bankdan kredit götürən adam pulu qaytarmamaq üçün killer tutaraq özünü öldürtdürür. Eyni ilə terrorçu kürdlər də yaşamamaq üçün PKK-ya qoşulurlar, özlərinə də killer kimi Türkiyəni sevməyən ölkələri götürürlər. Bu hazırda PKK-nın xain saldırılardakı alçaq üslubudur.

Dövlətin vətəndaşa verdiyi bütün imtiyazlardan yararlanaraq, bunun müqabilində dövlətin dinc və sadə vətəndaşlarına qarşı terror törətmək ən azı mənəviyyatsızlıqdır. Dünyanın əsas dövlətləri azca ədalətli olsalar onlar da PKK-ya qarşı barışmaz mövqe tutarlar. Amma təssüf ki, bu gün ABŞ PKK-nın digər bir qoluna guya İŞİD-lə mübarizə adıyla silah yardımı edir. Belçika isə PKK-nın çadır qurmasına razılıq verir. Amma ədalət prinsipi əsas götürülsəydi tam əksinə olardı. Çünki, terror bütün insanlığa qarşıdır.

İstanbulda törədilən terror aksiyasında İsrail və Amerika vətəndaşları da yaralanıb. Onlar anlamalıdırlar ki, bu gün Türkiyəni hədəf götürən PKK yarın digər ölkələri hədəf seçəcək. Çünki, quduzlaşmış it, sahibinə də hücum çəkər. PKK sahiblərindən mütləq  bunların hesabı sorulacaq. Terror təşkilatının arxasında duranlar anlamalıdırlar ki, Türkiyəni bir terror təşkilatı ilə çökdürə bilmək mümkünsüzdür. Türk milləti bu xain basqıların ardından birliyini qoruyacaq və  daha da  möhkəmlənəcək. Terrorda həlak olmuş Türkiyə vətəndaşları şəhid sayılır, çünki onlar Türkiyənin istiqlalına qarşı saldırıda həyatlarini itiriblər. Türkiyə Cümhuriyyətinə zərbə vurmaq üçün onun vətəndaşına saldıranlar bilməlidirlər ki, Türkiyə bayrağı şəhid qanı ilə boyanıb və şəhid verdikcə əksinə daha da möhkəmlənir.

Təssəvür edin ki, diplomatiya və sivil mübarizə metodlarının geniş inkşaf etdiyi müasir dövrdə dağa çəkilərək qos-koca bir dövləti parçalayacaqlarını düşünürlər. Ac toyuq yuxusunda darı gördüyü kimi, bunlar da pozuq qafaları ilə heç zaman mövcud olmayan terrorçu dövlətlərini xəyal edirlər. Ən azından dünən 101 yaşı tamam olan Çanaqqala savaşını yada salsınlar. Mustafa Kamal Atatürk əsgərlərinə yalnız döyüşməyi deyil, ölməyi də əmr etmişdir. 101 il keçsə də o əmr yenə də qüvvədə qalır. Təkcə Türkiyə deyil, ən qısa zamanda Bakı-Təbriz-Ankara adı altında Türklər bir yerə toplanar və onun qarşısında nə PKK nə də onun “böyükləri” tab gətirə bilər. Onlar bu sözlərimizi keçici bir söz hesab etməsin! Türkiyə bizim üçün güvəndiyimiz güc, həm də vətənimizdir. Bu dünyanın hər bir yerində yaşayan bütün Türklər üçün belədir. Əslində Türkiyəni bölmək istəyən seperatçılar və onların “havadarları” bu alçaq əməlləri ilə öz sonlarını tezləşdirirlər. Hər zaman hətta düşməninə qarşı belə ədaləti əsas götürən türk milləti PKK yalanları ilə korlandırılaraq dağlara çəkilib səfil günündə yaşayan bu naşükürləri dağdan endirib siyasətə gəlmələrinə şərait yaratdı ki, öz dövlətinə güllə atan bu xəstələr cəmiyyətə inteqrasiya edərək vətənlərinə xəyanətdən əl çəkələr. Ölümün ağuşundan qoparılan bu manqurtlar isə, yenə bölücü böyüklərinin verdiyi təlimatı icra etdilər. Amma onlar düşünmürlər ki, sirkə nə qədər tünd olsa öz qabını yandırar. Savaşlar görmüş Türkiyənin bu sınaqdan da qalib çıxacağına tam əminəm, onların xain saldırısının nəticəsi olmayacaq.

Dünyaya güclü və hər zaman olduğu kimi ədalətli yeni Türkiyə gəlir. İnandığımıza əmin edərəm ki, Türkiyənin gücü hər zaman var olacaq, onun qarşısını ala biləcək bir şər qüvvə yoxdur! Çünki, onu sonsuz məhəbbətlə sevən böyük bir millət – bütün dünya Türkləri var! Mən PKK-ya səslənirəm ki, etdikləri xainlikdən vaxt ayırıb istanbulun fəthi tarixini araşdırsınlar. Fateh mümkün olmayanı, kimsənin edə bilməyəcəyini edərək, böyük gücləri diz çöllkdürüb oranı Fəth etdi! Bu gün də Türkiyə nəinki sizi, sizin böyüklərinizi də dizə gətirəcək! Siz isə heç yoxmuş kimi məhvə doğru gedirsiniz, normal insan kimi yaşamaq istəyirsinizsə sivil formada fəaliyyət göstərin. Əks təqdirdə etdiklərinizin bədəlini canınızla ödəyəcəksiz.

Yolun açıq olsun Türkiyəm, sən qalib gələcəksən!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti