ELSAD BARAT

Qızım Aylanın iki yaşına

Sınıq pəncərəli birotaqlı bapbalaca evə qalxan daş pilləkəndə oturub ovuclarını çənəsinə, dirsəklərini ağappaq dizlərinə dayamışdı. Kədərli gözlərini hasar boyunca gəzdirib acı-acı təbəssüm edirdi. Hərdən birgünlük ay qaşlarını çatıb zəhrimar sifəti alır, hərdən də sol əlinin nazik barmaqlarını qandanmış yanağına toxundurub çəkir, sanki üzündə piyonino ifa edirdi. Təzəçıxan günəşin isti nəfəsi onun çılpaq bədəninə yayıldıqca xumarlanır, mavi gözlərini yarımçıq yumub açırdı.

         Diksindi, bütün diqqətiylə sağ ayağının çeçələ barmağına baxdı. Sarı bir qarışqa onun barmağına möhkəmcə sarılıb dişləyirdi. Öncə onu əzişdirmək istədi, əlini saxlayıb qarışqanın tərpənişlərini izləməyə başladı. Üzündə dəhşətli qorxu yarandı, ona elə gəldi ki, bu saat qarışqa onu yeyəcək.

         Hər dəfə doğum günündə Əliş dayı ona çoxlu hədiyyələr alar, heç görmədiyi yerlərə gəzintiyə çıxarar, öz əlləriylə şipşirin xörəklər hazırlayardı. Düz bir il öncə onun doğum günündə Əliş dayı ərinməmişdi, durub kəndən şəhərə, onun oxuduğu universitetə gəlmişdi. O dəfə həmişəkindən daha çox hədiyyələr almışdı.

         -Günay, qızım, mən artıq kəndə qayıdım, səni ahhala tapşırıram, - deyən Əliş dayının onu möhkəm qucaqladığını xatırladı, “kişi öləcəyini bilirmiş kimi sağollaşmışdı”- dedi.

         Əliş dayı səksən yaşı haqlasa da çox gümrah qalmışdı, səhər sübhdən oyanırdı həmişə. Hər gün harasa gedirdi, çox keçmədən dönürdü. Nə işlə məşğul idi, bilən yoxuydu. Elə Günayı da bu çox düşündürürdü.

         Doqquz ay öncə televizorda Əliş dayının ölüm xəbərini eşidəndə lap dəli olmuşdu. Bir tərəfdən Əliş dayının ölümü, digər tərəfdən televizordakı müxbirin dedikləri onu dəhşətə gətirmişdi.

“bu gün səhər tanınmış din xadimi, xeyriyyəçi alim Mustafayev Əliş Yavər oğlu haqqın rəhmətinə qovuşmuşdur...”

         Əliş dayı sakit, səbrli, ağbaş bir kişiydi. Nə tanınmışlığını, nə də xeyriyyəçiliyini hiss edərdin. Günayı lap bələkdən saxlamışdı. Tərbiyə eləmişdi, hazırlaşdırıb universitetə salmışdı. Həm də balaca qıza az əziyyət verməmişdi. Səhər evdən çıxanda Günayı oyadır, həyətdə hansısa iş tapşırır, hansısa dərsləri günorta naharına qədər hazır etməsini istəyirdi. Əks halda qızcığazı günorta yeməyində məhrum edirdi.

         Günay daxilən çox incə qız olsa da, universitetdən qabaq kənddə yaşayanda Əliş dayının tapşırdığı işləri görəndə uzaqdan baxan elə bilərdi bu bir kişidir. Ot biçir, odun yarır, heyvanların altını təmizləyirdi.

         Televizordakı müxbirin dediklərindən sonra o qədər pulun Əliş dayıda hardan olduğunu Günay başa düşmüşdü. Çünki Əliş dayı öz qocalıq pulundan 5-6 dəfə çox pul göndərirdi ona. O da bahalı ev tutub, bahalı paltarlar geyinir, bahalı restoranlara gedirdi.

Balaca həyətin darvazası döyüləndə diksindi, tez qalxıb evdən xalatını əyninə alıb qapıya tərəf səsləndi:

-kimdir?

-mənəm, Asim.

-səndən nə əcəb... deyib qapıya yaxınlaşdı. Xalatının qarşısını bağlaya-bağlaya əyilib qarışqa dişləmiş barmağını qaşıdı. Qapını açanda böyük bir dəstə qızılgül gördü. Asimin başı görünmürdü, ayaqlarının da yarısı. Çiçəklərin ətri hər yana dağılırdı.

         Asim Günaygilin kəndində böyümüşdü. Ona bir neçə dəfə girişmiş, arzusuna çatmamışdı. Asimin atası çox varlı adam idi. Günaydan bir il öncə pulla düzəlmişdi Asim universitetə. Şəhərin mərkəzində evi, altında bahalı maşını varıydı. Şəhərə gələndən sonra da Günaya tamahını kəsməmişdi, bir neçə dəfə onu məcbur öpmək istəsə də,  qız imkan verməmişdi. Hətda bir dəfə Günay ona bir-iki şillə də çəkmişdi.

Öncələr Asim kimsəsiz qızı özünə məşuqə etmək istəsə də, sonralar ona qarşı qəribə hisslər oyanmışdı içində. Elə qızılgüllərdən də bunu hiss etmək olurdu.

Günay kişi kimi qız idi, lazım olsaydı hansısa oğlanı əzişdirərdi, çəkinməzdi də. Əliş dayı kənddə ona bir neçə fənn öyrətmişdi özünümüdafiə üçün.

         Qızılgüllərin altında balaca tortun olması Günayı sevindirdi. İki gün idi ki, heç nə yemirdi. Balaca evində dil altına qoymağa    qənd də tapmazdın. Çayı yavan içirdi.

         Hər şeyə görə atasını günahlandırırdı, nifrət edirdi atasına. Əliş dayıdan öyrənmişdi ki, atası çox varlı adam olub. Var-dövlətindən heç kimin xəbəri yoxdu. Günay da öz-özünə düşünmüşdü ki, yəqin atam bütün pullarını rus fahişələrinə xərcləyib.

Bir dəfə Əliş dayı Günayı atasının məzarına aparmışdı, on səkkiz yaşı tamam olan gün. Günay atasının məzarında çox dayanmayıb, uzaqlaşmışdı. Əliş dayı isə dilsiz məzara nələrsə pıçıldamışdı.

         Günayın atasına nifrəti onu Əliş dayının yanına atıb başqa ölkəyə getməsindən yaranmışdı. Atası kəndə ancaq ölməyə dönmüşdü. Onda da Günayın heç iki yaşı olmazdı.

-gəl içəri, təzə çay dəmləyim içək, -deyib gülləri içəri apardı. Asim də onun dalınca evə girdi.

         Günayın Asimi sevib-sevməməsi heç kimə bəlli deyildi. Gah onun üzünə təbəssümlə baxar, gah da üz verməzdi. Bu dəfə tortun şirinliyi onun dilinə qarışmışdı.

         Asim balacaboy, dolu bədənli cavan idi. Qalın qaşları, seyrək saçları, lök dodaqları vardı. Uşaqlıqda kənddə yaşayanda üzüm telini dartıb gözünə ilişdirmişdi. Ona görə sağ gözünün ağında ləkə varıydı. Alt kirpiklərinin sol tərəfi zədələnmişdi deyə ona çox adam çer Asim deyirdi.

         Günay hər şeyə görə atasını günahlandırırdı, nifrət edirdi atasına. Öldüyünə görə ondan zəhləsi gedirdi. Yenə də hər gün onun divardakı əksinə baxırdı. Baxa-baxa nələr düşünürdü allah bilir.

         Sınıq divanda oturub ətrafa baxan çer Asimin üzündə qəribə ifadə var idi. Gözlərindən suallar tökülürdü: bu qədər gözəl qiz bu xarabada qalmaq məcburiyyətindədirmi?

         Günay əlində buğlanan çay bardaqlarını masaya buraxıb tortu açmaq istədi. Çer Asim cəld qalxıb onun əlini saxladı, tortu açıb dərindən köks ötürdü. Döş cibindən iki ədəd iki rəqəmi formasında şam çıxardıb tortun tən ortasına sancdı. Sanki böyük bir döyüşdən sonra qələbə bayrağını hansısa zirvəyə sancırdı.

         Günay qarışqa dişləmiş barmağını sağ əliylə ovuşdura-ovuşdura gülümsəyirdi.

         Qapının döyülməsi gənclərin gülüş səsini kəsdi. Asim özünü irəli verib qapıya yaxınlaşdı. Günay tələsik xalatını çıxarıb Əliş dayının ona aldığı qırmızı donunu geyindi. Bayıra çıxanda dar həyətdə iki qırmızı qalustuklu kişi gördü. Bir şey anlamadı. Asim nəsə anlamış kimi kişiləri evə dəvət edirdi. Onlardan birinin buğları lap şələ kimiydi. Digərinin qarnı özündən xeyli qabağa çıxmışdı.

-bığlı kişi: inana bilmirəm, dəhşətdir.

-yekəqarın kişi: bəlkə səhv gəlmişik.

-çer Asim: bu tərəflərdə Həsənov Günay adında bir nəfər yaşayır, o da bu xanımdır, - deyib sağ əlini Günaya uzatdı.

         Əliş dayı öləndən sonra Günayın dolanışığı getdikcə pisləşmişdi. Kirayə haqqını ödəyə bilmədiyi üçün evi dəyişib indiki, sınıqpəncərəli birotaqlə həyət evinə köçmüşdü. O evin aylığı öncəki evin aylığından 6-7 dəfə az idi. Amma Günay onu da ödəməyə çətinlik çəkirdi. Baxmayaraq ki bir neçə ay dərsdən sonra mərkəzə yaxın yerdəki kafelərin birində ofsiant işləmişdi. Sonra o işdən də ayrıldı. Daha doğrusu müdirin iyrənc təklifini qəbul etmədiyi üçün qovuldu.

         Dəfələrlə Asim ona pul köməkliyi etmişdi. Hər zaman da köməyini əsirgəməzdi. Amma Günay son vaxtlar Asimdən də heç nə qəbul etmirdi. Başa düşürdü ki, bu xeyirxahlıq sonunda çer Asimin yatağından keçəcək.

Hətda bir dəfə kimsəsiz qızcığaz bir çörəkpulu qədər dilənmişdi. Tələbə yoldaşları onu görüb pıqqıldamışdılar. Bütün bu olanlara görə o, atasına nifrət edirdi, divardakı şəklinin qarşısında dayanıb ürəyi soyunca söyürdü atasını.

-Günay, bankdan gəliblər, səninlə danışmaq istəyirlər, -deyib, çer Asim kişiləri otağa saldı. Bəlkə də ilk dəfəydi ki, bu balaca nəmli otağa dörd nəfər birdən girirdi. Döşəmənin cırıltısı buna bir işarəydi.

Kişilər divanda əyləşib otağın hər yerinə göz gəzdirirdilər. Stolun üzərindəki paslı çaydan, kirli bardaqlar gözə girirdi. Tavandan ağ qum töküldükcə Günay üzürhaqlıq edir, kişilər başlarına əl çəkirdilər. Çer Asim stolun yanında ayaq üstə dayanıb kişilərdən gəlişlərinin səbəbini soruşmaq istəyirmiş kimi baxırdı. Günay da onun yanında dayanmışdı.

Nəhayət, yekəqarın kişi sözə başladı:

-soy adınız Həsənova, adınız Günaydır.

-bəli, - deyə Günay tələsdi.

Buğlu kişi əlindəki kağızlara baxa-baxa:

-Əliş Mustafayevi tanıyırsız?

Günay: - bəli, o məni böyüdüb. Keçən il rəhmətə getdi.

Buğlu kişi: sizə atanız haqqında nə danışmışdı?

-çox şey, nə bilim...

Yekəqarın kişi Günayın sözünü kəsdi:

-atanızın adı nədir?

-Vahab, Həsənov Vahab. Məzar daşına da belə yazılıb. Mən körpə olanda dünyasını dəyişib.

Çer Asim durduğu yerdən qocundu, sanki bütün bu sualların anlamı nədir, deyə sual vermək istəyirdi. Amma, buğlu kişi ona mane oldu:

-atanız Həsənov Vahab Xudat oğlu iyirmi iki il öncə bizim bankımıza sizin adınıza on milyon dollar pul qoyub. Müqaviləyə əsasən iyirmi iki yaşınız tamam olan gün hesab aktiv olur...və siz bu pulların sahibisiz...

Buğlu kişi danışdıqca Günayın atası divardakı şəkildən qızının gözlərinin içinə baxırdı. Günaya elə gəldi ki, atası onunla danışır, “ağlama qızım, ağlama, hər şey sənin yaxşılığın üçün idi”.

-bu da? – deyib, lap uca səslə gülə-gülə qarışqa dişləmiş barmağını ovuşdurdu.

 

 

ELŞAD BARAT

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti