Elşad MUSAYEV

Məlum olur ki, hakimiyyətin ən çox qorxduğu güc, hər gün döydüyü, istismar etdiyi, hər cür hüquqlardan , o cümlədən də seçib-seçilmək hüququndan məhrum etdiyi sadə xalqdır. Ona görə də, xalqa düz söz demək imkanlarını məhdudlaşdırır,xof yaradır, bunun üçün qaba gücdən, həbslərdən çəkinmir. 9 saylı Binəqədi seçki dairəsində 37 məntəqə var, amma seçicilərlə çörüş keçirmək üçün seçki dairəsinin tam kənarında cəmi iki yer müəyyən edilib. Belə çıxır ki, 37 məntəqənin 35-də təbliğat aparmaq qadağandır. DSK-dan bu iki yerin Bİnəqədi İH tərəfindən müəyyənləşdirildiyi bildirilir. Əllərində hər cür gücün, onbaşı, yüzbaşı, minbaşılardan ibarət çetenin, karuseldə “fırlanmaq” üçün hazır JEK işçilərinin, müəllimlərin, tibb işçilərinin, “könüllülər”in, hüquq mühafizə işçilərinin olduğu halda adi görüşlərə yasaq qoymaq qorxaqlıq əlamətidir. Hörmətli iqtidar mənsubları, 20 ildən çoxdur ki, böyümürsünüz, cığal uşaq kimi ildən-ilə daha primitiv münaqişəyə sürükləyirsiniz bizləri. Hiss etmirsinizmi dünya dəyişir? Artıq jurnal bitir, real həyat başlayır. Neft pullarını dağıtdınız, bankdakı pulları göyə sovurdunuz. Biz, sizi səbrlə, hövsələ ilə düz yola, danışığa çağırırıq, seçmək xalqın hüququ olduğu üçün bu hüququ zorlamamağa çağırırıq, amma sizlərdən təkrar zorakılıq görürük. Biz ölkədə sabitlik olması, dövlətçiliyin qorunması üçün hər cür mərhumiyyətlərə dözürük, amma siz fərqınə baxmadan hər cür qanunsuzluqlarla vəziyyəti gərginləşdirirsiniz, Azərbaycanı bütün dünya ilə düşmən edirsiniz. Bu seçkilər də bitəcək, amma həyat bitməyəcək. Nə istəyirsiniz edin, ancaq bircə şeyi yadda saxlayın:

HAKİMİYYƏT XALQIN İSTƏNİLƏN BİR QÜVVƏYƏ VERDİYİ ƏMANƏTDİR. ƏMANƏTİN HESABI İSƏ GEC YA TEZ MÜTLƏQ SORULUR…

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti