Savalan   Məmmədli

Son yanğın hadisəsində xeyli itki verdik. Bu hadisənin bir çox səbəbləri ola bilər: texniki nasazlıq, məsuliyyətsizlik, tikintidə istifadə olunan materialın tezalışan olması və yaxud təxribat. İstər mənəvi, istərsə də maddi itkilərimiz çoxdur. Lakin bu cür hallarda çox ehtiyatlı davranmaq lazımdır. Millətimizə baş verən itkini ölkənin əleyhinə çevirmək olmaz.

Məsələlərə hər zaman dövlətin və ölkənin mənfəətlərini öndə tutaraq yanaşmaq lazımdır. Bu o demək deyil ki, çatışmazlıqlara göz yummalıyıq. Əksinə, məsələlər çox ciddi araşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır. Amma çatışmazlıqları hər zaman kənarda, özündən uzaq görmək, başqalarını günahlandırmaq olmaz. Bu, problemlərin həll olunmasını istəyən bir şəxsin mövqeyi olmamalıdır. 

Yəni hamımızın müşahidə etdiyi müəyyən çatışmazlıqları hər bir vətəndaş gücü çatdığı qədər yüklənib daşımalıdır. Hər şeyi başqalarından tələb etmək, daha da pisi öz ölkəsini başqalarına şikayət etmək kimi bir yanaşma həll yolu deyil, əksinə problemdir.

Bütün məsələlərin kökündə inanc və ideologiya durur. İnanclı, vicdanlı, güclü Allah qorxusu olan bir insan hansı vəzifəni tutmasından, hansı məhsulu istehsal etməsindən, yaxud gördüyü işdən asılı olmayaraq şəxsi mənfəətlərini, maddiyyatını deyil, Allah rizası üçün insanların yaxşılığını düşünəcək. Allah qorxusu olan heç bir şəxs cüzi maddi mənfəət üçün insanların həyatına təhlükə törədən heç bir işə əl atmaz. Bu gün bu işlərə kütləvi şəkildə əl atılırsa, bu insanları yox, özümüzü sorğu-sual etməliyik. Biz o insanların vicdanlı insan olması, Allah qorxusuna sahib olması üçün nəsə etmişikmi ki, bu gün də onlardan vicdan tələb edirik. 

Deməli,  ən vacib iş maarifləndirmədir. İnsanlara Allah qorxusunun, vicdanlı olmağı təmin edən dəyərlərin aşılanması ən vacib işlərdən biridir. Əvvəldə də qeyd etdiyim kimi, nəsə bir çatışmazlıq varsa və sən bu çatışmazlığı səmimi olaraq ölkən adına layiq görmürsənsə, bu çatışmazlığı müəyyən xarici qurumlara satmaq deyil, əksinə öz üzərinə yüklənib həlli üçün əlindən gələni etməlisən. Problemlərin reklamı üçün yox, həlli üçün çalışmaq lazımdır. Əsl vətənpərvər şəxs məsələ onun mənfəətinə, eqosuna, nəfsinə qarşı olsa da ölkəsinin, dövlətinin mənfəətlərini öndə tutmalıdır.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti