Zahir Əzəmət

Azərbaycan müxalifəti heç vaxt bu qədər zəif olmayıb. Bunun çoxlu səbəbləri var. Amma indi yazımın məqsədi müxalifətin niyə zəifləməsini araşdırmaq deyil. Sözümün canı var.

Fakt budur ki, artıq Azərbaycan müxalifəti kiçik bir qrup halında yalnız internet çayxanasında - "Facebook"da mövcuddur. Və burda da daha çox bir-birlərinə kin-küdurət püskürməklə məşğuldurlar.

Onda sual yaranır: müxalifət bu qədər zəif olduğu halda son bir neçə ildə intensivləşən həbslərə nə ehtiyac var? Müxalifət güc deyilsə, normal bir mitinq, piket, aksiya təşkil edəcək qədər toparlana bilmirsə, vəziyyəti gərginləşdirmək kimə lazımdır? 

Anlaşılan budur ki, kimlərsə Azərbaycan höküməti ilə Qərbin, beynəlxalq təşklatların münasibətlərinin pozulmasında çox maraqlıdır. Qərblə münasibətlər pozulacaqsa, deməli bir yol qalır: Rusiyaya yaxınlaşmaq. 

Proseslərin təhlili də onu göstərir ki, Azərbaycandakı həbslərin arxasında məhz hakimiyyətin içindəki Rusiyameyilli qüvvələr dayanır. Onların da kimliyi siyasi cameəyə bəllidir.

Son "Batumi" qalmaqalı da bunun sübutu idi. Nədənsə Çexiyanın “People in Need” təşkilatını müdafiə edənlər son vaxtlar bu ölkənin xarci siyasətində baş verən kəskin dəyişikliyi diqqətə almadılar. Çexiya prezidenti Miloş Zeman açıq şəkildə Qərbin Rusiyaya tətbiq etdiyi sanskiyalara qarşı çıxır, Rusiyanı müdafiə edir. “People in Need”-lə qalmaqal yaradan Azərbaycan tərəfinin təmsilçilərinin də hökümətdəki Rusiyameyilli qüvvələrə yaxınlığı heç kimə sirr deyil. Belə çıxır ki, bu qalmaqal öncədən və bir mərkəzdən planlaşdırılmışdı. Yəni qalmaqalın bütün tərəfləri bir ələ oynayırdı. Ola bilsin, özləri də bunun fərqində olmadan.

Nəticədə zərbə yenə də Azərbaycan-Qərb münasibətlərinə dəydi.

Dekabrın sonu üçün əfv gözləntiləri var. Ümid edək ki, siyasi kimliyi olan bütün məhbuslar azad ediləcək. 2015-ci il parlament seçkilərinə hazırlaşan Azərbaycan höküməti üçün də bu, Qərblə münasibətləri qaydasına salmaq üçün bir fürsətdir. Çünki Azərbaycanın Qərbə inteqrasiyadan başqa alternativi yoxdur. Qoy bu inteqrasiya hətta arzuladığımız qədər sürətli yox, tədricən olsun, amma olsun.

Qərb gələcək, Rusiya keçmişdir. Həm də pis keçmiş...

Qaynar.info

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti