|
Ceyhun Nəbi
Azərbaycan dövlətinin yaradılması ideyasını kim verdi ? Bu dövlətin yaradılması uğrunda ilk dəfə kimlər mübarizəyə başladı ? İstiqlal mübarizəsinin başladığı məkan haradır ?
Mövcud Azərbaycanın milli tarixində bir fikir mövcuddur ki, Azərbaycan Dövlətini Musavat Partiyası yaratdı, bəli bunun müyyən hissəsi razılaşmaq olar amma tamlıqla bütün bunları Musavatın üzərinə yazmaq tarixi səhvidir və Türk Ədəmi Mərkəziyyət Partiyasının tarixi xidmətinin üstündən xətt çəkməkdir.
Bu gün nə bir tarixçi, nə bir siyasətçi, nə bir ziyalı, nədə ki, elm adamı bu həqiqəti dilinə gətirmək istəmir. Azərbaycanın Cümhuriyyət dövrünün araşdırıcıları, onun tarixi rolunu qiymətləndirən tarixçilər Məhəmməd Əmin Rəsulzadə bütündən, onun yaratdığı Musavat Partiyasından kənara çıxa bilmirlər, Çoxluqda bəli bunu deməklə bu gün hakimiyyət mübarizəsində olan Musavat Partiyasından siyasi maraqlarını təmin edir.
İlk əvvəl ondan başlamaq istəyirəm ki, bunun ilk tarixi subutunu 38 il Musavat Partiyasına rəhbərlik etmiş Məhəmməd Əmin Rəsulzadə öz fikirləri ilə təsdiq etmişdi. Onun imzası ilə 1929-cu ildə çıxan " Odlu Yurd " dərgisində " Nəsib bəy Yusifbəyli " məqaləsi əsl həqiqəti ortaya qoyur. Həmin məqalədə Məhəmməd Əmin Rəsulzadə qeyd edir : Azərbaycan fikrini siyasi şəkildə formulə etmək mərhum Nəsib bəyindir ( 1920-ci ildə Bolşeviklər onu qətlə yetirmişdi ).
Türk Ədəmi Mərkəziyyət Partiyası milli bir partiya olaraq DİFAİ-nin davamı idi, ətrafında əsasən keçmiş difiçiləri və onun rəhbəri olmuş şəxsləri toplamışdı. 1917-ci ildə Fevral inqilabı baş verdikdə Türk dünyasının fikir olaraq xaç atası sayılan İsmail bəy Qaspıralının kürəkəni olan, ondan Türkçülük dərsi almış, Ukrayna Xarkov Unveristeti Hüquq fəkultəsinin məzunu, Gəncə Mədrəsəsinin müəllimi olmuş, sonralar Gəncə Bələdiyyə idarəsində ərzaq məsələləri üzrə müavin işləmiş, 1917-ci ildədə Gəncə Milli Komitəsinin rəisi olmuş Nəsib bəy Yusifbəyli mart ayının 21-də günorta namazından sonra Şah Abbas Məscidinin həyətinə gələrək, öz partiyasının proqramını elan etdi. Həmin gün Azərbaycan istiqlal mücadiləsinin start götürdüyü gündür, insanlar " Yaşasın demokratik respublika", " Yaşasın Türk Ədəmi Mərkəziyyət Partiyası " şuarları səsləndirməyə başlamışdı. Həmin mitinq Azərbaycanın muxtariyyət tələbini ortaya qoydu ( Siyasi muxtariyyət, mədəni muxtariyyətdən üstün ). Partiyanın proqramı 19, 20, 24 may tarixli "Kaspi" qəzetində dərc olunmuşdu. Proqramda deyilirdi ki, "Türk Ədəmi Mərkəziyyət firqəsi" demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyada islama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır. Partiya dövlətin federativ əsaslarla yenidən qurulması üçün "Dövlət quruluşu" adlı birinci bölmədə 9 tələb irəli sürürdü. Bütün türk xalqlarına, o cümlədən Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstana ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.
"Ümummilli məsələ" adlı ikinci bölmədə isə Rusiya türklərinin mədəni, milli ittifaqının yaradılması, onun forma, tərkib və funksiyasının müəyyən edilməsi üçün qurultay çağırılması nəzərdə tutulurdu.
"Dini məsələlər" adlı üçüncü bölmədə Rusiyanın bütün müsəlmanlarının şeyxülislamın başçılığı altında birləşdirilməsi fikri irəli sürülürdü.
Dördüncü bölmə muxtar qurum vətəndaşlarının cinsi, milli mənsubiyyəti və dini etiqadından asılı olmayaraq, bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu.
Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi. "Aqrar məsələ" bölməsində partiya dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olan bütün torpaq sahələrinin, əvəzi ödənilmək şərtilə, müsadirə edilib torpaq fondu yaradılmasını nəzərdə tuturdu.
Yeddinci bölmə "Fəhlə məsələsi" adlanırdı. Burada fəhlə qanunvericiliyinin yayılması və qanunun icrası üzərində fəhlə nəzarətinin qoyulması, 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası və s. kimi maddalər öz əksini tapmışdı.
"Məhkəmə icrası" bölməsi məhkəmənin hər cür təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.
"Məktəb məsələsi" adlı doqquzuncu bölmədə xalq maarifinin demokratik əsasda təşkili və azad tədrisi planlaşdırılırdı. Təhsil ibtidaidən aliyə birbaşa əlaqəli surətdə qurulması idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaq şərtilə, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.
Partiya ətrafına az bir zaman içərisində Gəncənin, onun ətraf bölgələrinin ziyalılarını, elm adamlarını, bəylərini, böyük hörmət sahibi olan şəxsləri, qaçaqları ətrafına topladı. Gəncənin el atası sayılan, böyük söz sahibi Ələkbər bəy Rəfibəyli, onun oğlu, ilk səhiyyə nazirimiz Xudadat bəy Rəfibəyli, ilk Təhlükəsizlik xidmətimizin rəhbərləri olmuş Nağı və Məmmədbağır Şeyxzamanlı qardaşları, İlk ədliyyə nazirimiz omuş Xəlil bəy Xasməmmədov, Azərbaycan Cümhuriyyətinin Parlamentinin sədri vəzifəsini icra etmiş Həsən bəy Ağayev, Azərbaycan qəzetinin rus dilli şöbəsinin baş redaktoru olmuş Şəfi bəy Rüstəmbəyli, Parlamentin üzvülərindən Abuzər bəy Rzayev, Musa bəy Rəfiyev, Məmmədsadıq Axundzadə ( Aran ), Rəhim bəy Vəkilov və s, Gəncə Ziyalılarından Mirzə Məhəmməd Axundzadə, İdris Axundzadə ( Sonralar birləşəcək partiyanin Gəncə şöbəsinə sədr təyin edildi ), Əliqara bəy Məmmədli və s, Qaçaqlardan Qaçaq Qəmbər, Sarı Ələkbər, Rustəm və Təhməz Ramazanogulları qardaşları, Samuxlu Məmmədqasım və s.
Partiyanın rəhbərliyi altında Rus ordusu 3 dəfə tərksilah edilib, iki dəfə Gəncə Şəhərində rus polkları, bir dəfədə Ərzincan müqaviləsinin şərtlərinə uyğun olaraqda Sarıqamışdan qayından Rus ordusu Şəmkir stansiyasında ( 1918-ci 8 yanvar ) tərksilah edilmişdi, onun silahları Gənəyə aparılmışdı və Azərbaycan Cümhuriyyəti ordusunun formalaşmasında istifadə olunmuşdu.