Taleh Şahsuvarlı

İşdən tez çıxdığım axşamlar yolda mütləq İctimai radionun efirində “Telli saz” verilişini dinləyirəm.  Verilişin aparıcısı köhnə bir tanışımdır- Şakir Nadiroğlu. 

Şakir Nadiroğlunu AXCP-dən tanıyıram, hər zaman qarşılıqlı hörmətimiz olub bir-birimizə.  Yaşca məndən böyük olduğundan “Şakir abi” deyərdim ona. 

Şakir abi məndən, mənimlə yaşıd olanların çoxundan fərqli olaraq evli idi, ailə, uşaq saxlayırdı. Evləndirəcəyi oğlu, köçürəcək qızı vardı, bildiyim qədər. Amma mənim kimi, mənimlə yaşıd olanların çoxu kimi maddi sıxıntıları vardı. 

Bütün maddi sıxıntılara rəğmən, “hərəkatçı aurası”nın verdiyi təsəlli, “hakimiyyətə bu gün gələcəyik, sabah gələcəyik” vədlərinə inanaraq dözürdü. Ancaq Şakir abinin bu auraya, bu vədlərə niyə aludə olduğu qaranlıq idi mənə. Çünki iddiasız adamdı, zəhmetkeşdi, əgər bir gün AXCP iqtidara gələrdisə, heç bələdiyyə sədrinin müavini postunu da verəcək deyildilər ona. Bir gün Şakir abi iş axtarmağa başladı, ümumi tanışlarımız vasitəsi ilə “Avrasiya” qəzetinə korrektor düzəldi. Mənimlə orada az işlədi, çünki qəzet bağlandı, İrfan Sapmaz Azərbaycanı tərk edib öz ölkəsinə-Türkiyəyə qayıtdı. 

“Avrasiya”da yenidən kəşf etdim Şakir abini. Zəngin söz ehtiyatına, folkloru dərindən bildiyinə valeh oldum. 

Sonra uzun müddət görmədim onu, rastlaşmadıq. Lap bu yaxınlarda İctimai radionun efirində, “Telli saz” proqramında səsindən tanıdım. 

Mənim kimi saz-söz həvəskarlarında kifayət qədər maraq yaratmış bir proqram ərsəyə gətirib, verilişində el aşıqlarnı ağırlayır, xalq dastanlarından söz açır, “Dilqəmidən-müxəmməs”ə havalar təqdim edir.  “Telli sazı” dinlədikcə düşünürəm hər dəfə: nə yaxşı, Şakir abi AXCP-dən uzaqlaşıb, öz yolunu tapıb, həm min illər boyu toplanmış mənəvi xəzinəmizi gün işığına çıxarmaqla xalqın ruhunu oxşayıb, həm də evinə, ailəsinə sabit qazanc aparır.  

Nə qədər adam vardı AXCP-də Şakir müəllim kimi... Onlar sözün əsl mənasında, ömürlərini, potensiallarını, hətta ailələrinin ruzisini belə qurban verirdilər irreal mühitə. Fəqət o mühitdə qazananlar vardı, müxalif ola-ola nazir səviyyəsində yaşayanlar, mülk tikdirənlər, oğlunu-qızını xaricdə oxudanlar vardı. Azərbaycanda yeni ilin yaxşı qarşılanmadığını əsas götürüb Avropada Noel gecəsi keçirənlər vardı.  Ancaq Noelin işığı zaman-zaman qaranlıq işlərinin üstünə düşdü. Adamlar bir-bir, iki-iki, beş-beş, on-on, Əbülfəz Elçibəyin ölümü ərəfəsində isə on minlər birdən tərk etdi Əli Kərimlini. 

Üzdə, arxada hər gedənə bir şəbədə qoşdular, kimini siyasi hakimiyyətə, kimini Milli Təhlükəsizlik nazirliyinə bağladılar, birinə “iradəsi zəif”, digərinə “tamahı güclü” dedilər.  Hamı, hər kəs suçlu oldu, əqidəsiz, prinsipsiz, qeyri-sabit, satqın oldu. 

Bircə Əli Kərimli özündə, yanında qalanlar isə Əli Kərimlidə “bir günah tapa” bilmədilər.  Ay dolandı, il keçdi, gün bu gün oldu, bir də baxdıq, rəhmətlik Mahir Səmədov demiş, AXCP-də bir Əli Kərimli qalıb, bir də matros Faiq.
Hətta... 

Hətta 1989-cu ildə AXC-nin qurucularından olan, bir illik iqtidar dönəmində bir neçə ay Füzulidə icra başçısı işləmiş Şakir Abbasov da bu günlərdə tərk etdi AXCP-ni.  Bu Şakir ayrı adamdır, yuxarıda sözünü etdiyim şəxs deyil. 

Ancaq elə onun da istefasının üzə çıxardığı bir məqam var. 

Lider olmaq, təşkilata insanlar cəlb etmək və onları qorumaq, komanda kimi  çıxış etmək üçün öndə gedən mütləq, el dili ilə desək, kölgəsi qalın adam olmalıdır. 

Şakir Abbasovun bütün açıqlamalarından aydın görünür ki, onun AXCP-dən istefasında iqtidarın hər hansl rolu yoxdur. Zatən, Şakir Abbasov iqtidar üçün maraqlı fiqur da deyil.  Sadəcə, o, bir “veteran cəbhəçi” kimi lazımdı AXCP-yə. 

Ancaq Şakir Abbasovu belə təşkilatda saxlaya bilmədilərsə, deməli, Əli Kərimlinin liderlik keyfiyyətlərini bir daha incələməyə gərək var. 

Doğrudanmı, ətrafındakı samballı, bacarıqlı, işgüzar adamları itirən sədrin heç bir suçu yoxdur?  O adamların bir çoxu indi partiya sədridir, deputatdır, başqa təşkilatlarda ikinci-üçüncü fiqurdur, siyasi elitada önəmli isimlərdir. 

O adamların bəziləri indi bir nazirliyin, dövlət komitəsinin yükünü çiynində daşıyan məmurdur, bəziləri aylıq dövriyyəsi ən azı yarım milyon manat olan şirkətlərin rəhbəri, ortağıdır. 

Demək ki, istedadız, qabiliyyətsiz, dövlətə, cəmiyyətə, özünə və ailəsinə faydasız deyilmiş o adamlar.  Sadəcə, Əli Kərimlinin yanında olanda enerjiləri bir heçə sovrulurmuş, sosial entropiyanın girdabında çabalayırmışlar. 

“Şakir”, bildiyim qədər, “şükr edən” deməkdir. 

Məncə, Şakir Nadiroğlu kimi Şakir Abbasov da məhz bundan şükr edəcək. Şükr edəcək ki, çox gec olsa da, Elçibəydən əsər-əlamət qalmamış AXCP-dən canımı qurtardım. 

Mən isə sizlərə söz verirəm, işdən tez çıxdığım günlərin birində Şakir Nadiroğluna telefon açacam, abimdən rica edəcəm ki, “Telli saz”da bir “Yurd yeri”  havası səsləndir.


Teleqraf.com


Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti