Elşən Əlisoy
Hüquqi statusu hələ də beynəlxalq məhkəmələrdə şübhəyə alınan, “YAP”-ın saxta parlamentinin hədiyyə mandat qazanan saxta deputatı Etibar Hüseynov özünün “Facebook” səhifəsində mitinqə gedən insanları qoyuna bənzədərək Azərbaycan vətəndaşlarını bir daha təhqir etdi.
Bundan qabaq da bu ərköyün deputat ən azı 3 evdən bir ya övladını ya da ailəsinin başçısını ərazu bütövlüyümüz uğrunda şəhid vermiş məcburi köçkünləri də təhqir etmişdi. O zaman parlamentin spikeri Oktay Əsədov bunu yalandan da olsa danlamağa başladı. Görünür spikerin danlağından da tərbiyə götürməyən bu adam xidmət etdiyi rejimin gözündə yüksəlməyin xalqı söyməkdən keçdiyini çox gözəl anlayaraq, daha çox qabağa getməyi qarşısına məqsəd qoyub.
Azərbaycanın müstəqilliyini qazandıran liderimiz Əbülfəz Elçibəyin- “Siyasətlə məşğul olmaq xatirinə kişi kişiliyini itirirsə yarı yolda qalacaq” sözü siyasətlə məşğul olmağa başlayan hər kəsin öyrənəcəyi ilk dərs olmalıdır. Bu söz uzunmüddətli siyasətin “Əlifbası”dır.
Müstəqillik qazandığımız dövrlərdə əxlaqını siyasətə qurban verənlərin aqibətlərinin nə ilə sonlandığının hər birimiz şahidi olmuşuq. Etibar Hüseynovun nəzərinə çatdırım ki, bir zaman müxalifətçiləri təhqir edən Əli İnsanov, sonda müdafiə olunmaq üçün söydüyü müxalifətə möhtac oldu. Görünür Etibar Hüseynov ,özünün qoçuları ilə mitinqlərdə müxalifətçiləri döydürən Hüseyn Abdullayevin də aqibətindən dərs götürmək istəmir...
Insanin ən böyük dəyəri onun mədəniyyəti və əxlaqıdır. Bu dəyərlər insanda anadangəlmə olmalıdır.
Bununla belə mən Etibar Hüseynovu başa düşməyə çalışıram. Belə bir dəyərli söz də var : “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Etibar müəllim də bunun hər ikisinə əməl edir- Həm olduğu kimidir, həm də göründüyü kimi. Yəni bu adamda nə var elə odur, güclə tərbiyələndirməli deyilik ki…
Mən sözümü mənəvi liderimiz Əbülfəz Elçibəyin sözü ilə bitirmək istəyirəm. Bəy deyib ki: “insan Xaliqə yaxınlaşmaq istəyirsə xalqın içindən keçib getməlidir – Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir “ Hakimiyyəti yox haaa , Cənab Etibar Hüseynov. Xalqı! Gec də olsa çalış Xaliqə gedən yolu əldən vermə!