|
Vasif Əlihüseyn
Tale elə gətirdi ki, Bakıya gələndən sonra xalamgildə yaşaya-yaşaya kirayə ev axtarışına çıxdım. Çünki, xalam olanda nə olar, özümü heç sərbəst hiss edə bilmirəm kiminsə evində. Elə bu axtarışla gəlib Nobel prospektində Zərəqələm xalanın həyətindəki bir otaqlı evdə yaşamalı oldum.
Doğrusunu deyim indi Zərqələm xalanın bu otağında yaşamağımdan nə az, nə çox, düz üç il ötür. Gələn ay isə öz evimə köçkmək fikrim var. Bunu hələ Zərqələm xalaya deməmişəm bilirəm ki, bunu eşitsə, çox kövrələcək. Çünki, bu üç ildə biz ana-bala olmuşuq. Məhlədə də hamı mənə məhlə sakini kimi hörmət edir.
Nəysə, çox uzatdım deyəsən. Düz üç ildir səhər yuxudan oyanmağım üçün telefonun “Budilnik”ini qururam ki, yuxudan tez oyanım. Amma düz üç ildir ki, telefondan qabaq Mujkinaz xalanın bağırtısına oyanıram. Elə bağırtısına oyandığım Mujkinaz xala da, evində qaldığım Zərqələm xala da 1988-ci ildə ermənistandan deportasiya olunan soydaşlarımızdandırlar.
Mujkinaz xalanın əri deyilənə görə yeyib-içən kişi olub. Elə bir gün kefli vaxtı Nobel prospektindəki yolu keçərkən maşın vurub və elə yerindəcə keçinib. Doğrusu çox ağrılı talehi var Mujkinaz xalanın oğlu İlham da uzun sürən xəstəlikdən sonra vəfat edib. Qızı isə ailə quraraq elə ata evində Mujkinaz xalayla qalır.
İndi üç nəfə sahibi olan Müjkinaz xalanın ailəsinin səs-küyündən onlara yaxın olan qonşuların hamısı zara gəlib. Həmçinin elə biz də. Bir gün elə axşamüstü işdən evə gəlmişdik. Yenə həmişə ki, kimi nəvəsiylə arasında iki metrlik məsafə ola-ola sanki, 100 metrlik məsafə varmiş kimi qışqıran Mujkinaz xalanın səsinə qonuşuda kirayə yaşayan gənclər çıxdı. Yalvar-yaxar etdilər ki, ay Mujinaz xala bəlkə bir az sakit olasınız. İşdən indi gəlmişik, yorğunuq, yatmaq istəyirik.
Mujkinaz xala gənclərin sözünü ağzında qoydu: Ayə, siz kimsiniz? Mən bu məhlədə yaşayıram özüm bilərəm. Kirayənişinlər siz ha vaxtdan adam olmusunuz.
Gənclərin əlləri üzlərində qaldı. Hələ igid kürəkəni gəlib məsələni “varavskoy” həll etmək üçün məhlənin bir neçə gənclərini də yığıb bar-bar bağırdı ki, siz kirayəçisiniz, siz kimsiniz ki, burda sakitlik istəyirsiniz.
Bayaqdan asıb-kəsən kürəkənə sual verdim ki:
Kirayə qalmaq şərəflidi, yoxsa arvad evinə gimrək? Qaldı üzümə baxa-baxa. Hələ bizim bu məmləkətimizdə o qədər arvad evinə girən kişi var ki...