Nurəddin İSMAYIL

Gələn gedəcək. O gəlmişdi, yoluna vardı və getdi. Nə mal-mülk, nə cah cəlal, nə haqq etdiyi prezidentlik səltənəti onun sufi könlünü bulandırmadı, əbədi eşq qaynağı olan ilahi feyzdən bir an aralı salmadı. Ucaldıqca sadələşdi. Sadələşdikcə gözümüzdə ucaldı. Pul-para, sərvət, kürsü əldə edəndə o qədər meylini dəyişən gördük ki… O dəyşmədi. Zənginliyi də, yoxsulluğu da ilahi təqdirdən qəbul etdi. Hakimiyyət güdükçüsü olmadı, xalqa xidmətkar olmaqdan məmnunluq duydu. Rüşvətdən, korrupsiyadan uzaq, içi sevgi zənginliyi ilə dolub-daşan bir həyat yaşadı.

Getməyə gəldiyini bildiyindən, ötəri dünyanın əsiri olmadı, getməyin şərəfli yolçusu, yolbayı oldu. Hər kəsi zatən bəyzadə görmək istədi, hər kəsə fərq qoymadan bəy dedi. Təbriz soraqlı “Qaragilə” oxudu, şəsti əyməyən bəy havası oynadı, türk tarixinin ağrı-acısını yaşadan Sakarya şerini dilində əzbər etdi. Təkəbbür göstərmədi. Hər kəs onu insan yaraşığı təvazönün, alicənablığın, mülayim təbiətin timsalında gördü. Dostları candan sevdi. Dostluğa, insanlığa xilaf çıxanları zamanın ixtiyarına buraxdı. Üstünə gələnləri, onu daşlayanları, kommunistini, kommunist xislətli yapçısını, arxadan xəncər vuranları, üzünə çamur atanları, onu siyasi rəqiblərinə satanları, dönükləri nehrə dünyamızın içində əritdi. Yağı yağ, ayranı ayran oldu.

Üç rəngli bayraq tutan əl nə gözəl! Vətən himninin səsləndirən dill nə gözəl! İmanı, birliyi, həmrəyliyi, nizamı, qüdrəti olan el nə gözəl! Bayrağa sarıldı bayraqdar oldu, milyonların dilində himnin səslənməsindən qürur duydu. Sovet müstəmləkəsinə el birliyini görg etdi. Siyasət hiylədir, kələkdir, hakimiyyəti qorumaqdır deyə çılız düşünənlərə, siyasət xalqı ilə birgə xoşbəxt olmaq, millətini millətlər içində ucaltmaq, vilayatə sahib olmaq, yerlibazlığın, regionçuluğun kökünü kəsmək, bütöv Azərbaycan eşqi ilə yaşamaqdır ideyasını anlatdı.
Aşiqin ən böyük kamalı, ən böyük xoşbəxtliyi məşuquna qovuşub, fənaya uğramaqdır. O, məşuquna sarıldı və Allah dərgahının ən məhrəm guşəsində öz əbədiyyətinə qovuşdu. Məkanın cənnət olsun bəy.

Göy adamı

Əlsiz, ayaqsız,

əllərin, ayaqların yetmədiyi

göylərin pak, müqəddəs qoynunda

nəcib, xeyirxah bir ruh dolaşmada.

“Orda bir yol var uzaqlarda”

göynərtili soraqlarla,

haqqa sadiq, can sirdaşım,

mövlam mənim

haqq evinə qovuşmada.

Qovuşmadadır

könül yarın bağçasına,

Çiçək-çiçək ulduz göylər

gəl-gəl deyir, qucaq açır,

qərib yollar yolçusuna.

Gəl-gəl deyir,

Tanrı üzlü mavi göylər,

Get, yolun açıq olsun,

gör nə zamandır

göylər sənin yolunu gözlər.

Yolunu gözlər,

göy üzü, intəhasızlıqlar,

Gözlər səni yer üzündən

incik düşən,

məsum, yalqız ruhlar.

Get, qonağı ol,

saqisi mələklər olan

ay-ulduzla bəzənmiş

məclislərin,

Allah hüzurundadır məqamı

nəfsi təmiz, müqəddəslərin.

Sarmış buludları

qulac-qulac qollarına,

Yer adamı olammadın,

bəy əfəndim,

salam olsun sənin

haqq nurundan şölə saçan

yollarına.

Yerdə pisliklər, yamanlıqlar çox.

yer keçib naşı əllərə,

yerdə allah bəndəsinə aman yox.

Aman yoxdur yerdə,

yer qurduna, çay balığına,

Satılır yer bazarında insan

itdən ucuz bahalığına.

Yer, quyruğu uzun dünyanı

pardaqlayıb, sökənlərin,

Yerdə sənin nə işin,

mələklər ağuşudur yeri,

tərəzisi düz çəkən kişilərin.

Ələyəcək ələyində

yaxşını, yamanı,

iynəsi gözündən əyri sapları

keçirən fələklər,

Qəm yemə, bəy əfəndim,

xoş müjdəni,

səndən əvvəl yetirər göylərə

xeyr-şər dəftərini

yazan mələklər.

Necədir, bəy əfəndim,

zamana buraxıb hər işi,

zamansızlaşmaq,

Əl götürüb faniliklərdən,

qəm nəğməsini

küləklər pıçıldayan

uca göylərdə

əbədi kamansızlaşma?

Necədir, hər yaranışın son mənzili,

o uca göylərin halı,

Yermi, göymü yaxşı,

Yoxsa, bir aldanışdır

insanın göylərə can atan

şirin xəyalı?

Cənnət qoxulu çiçəklər

ruha qida verirmi orada,

Dan şəfəqli səhərlər

çiçəklər üstünə

təzə-tər şehin sərirmi orada?

Varmı oralarda bölgüsü aparılan

ağlar, qaralar,

Sızıldarmı yenə

sinənə dağı çəkilən

sağalmaz yaralar?

Səsi batmış Təbriz

necə görünür oradan,

Şuşaya əlin şatırmı,

Söylə göy adamı,

göylər sənin ürəyinə yatırmı?

Ürəyinə yatırmı ruhunun

səmalarında pərvaz etdiyi

mas-mavi göy qübbələr,

Yaraşırmı sənə

Tanrıdan boyuna biçilmiş

ulduz düyməli, səmavi cübbələr.

Necə qarşıladı səni

könül həmdəmlərin,

azadlıq carçısı, nazlı mələklər,

Üzündən utandımı sənin

qara bəxtimizə

tasın quran fələklər?

Yaşıl işartılı nişanələr qoyulubmu,

yolunu getməyə zülmətlərin,

İxtiyarı zalımlar əlində deyil ki,

yerdə hər tikəsinə

tələ qurulan ilahi nemətlərin?

Nizamı necə qurulub

göylər səltənətinin,

orada ay, ulduz işinə qarışmır ki,

Yaşamır ki, göylər yer rəzalətini,

Haqqı yeyilən haqsızlıqla

barışmır ki?

Sağ, sol, yolun o üzü, bu üzü varmı,

Kəsir burada əyri düzü,

kişi olmaq, düzü demək

orada işə yarayırmı?

Göy üzü təmiz ayna kimi,

ləkə götürməz,

Alar sevdiklərini qoynuna,

göy üzündən onu, ötürməz.

Arındırar mavi göy sularda,

Heyran qalar paklığına onun

öz suyunda çimizdirdiyi sular da.

“Xoş gəldin” deyər ona

göylər yaraşığı ruh pərilər,

Aman allah, nə xoşbəxtlik,

göy çadırlar içində sənə

laylasını mələklər oxuyan

bir yer sərilə.

Qapısı taybatay açıla üzünə

özgür aləmlərin,

Heyranı olasan

köksü azadlıq eşqi ilə

əbədi döyünənlərin.

Hər gecən ayrı bir gecə ola,

Ala səni qoynuna

ay, ulduz gözəllər,

Ax necə olar…

Şikəstə, “Qara gilə” oxuya sənə

səhərlərə açılan qara gecələr,

Uyu qardaşım, uyu,

ora bir səadət bağçası,

Yetər inşallah hər arzun yerinə,

ruhun yalnız orda dincələr.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti