|
Lalə Teyyublu
Əbədi yaşar insan (Əbülfəz Elçibəy haqqında inşa)
Biz məktəblilər Əbülfəz Elçibəyi yaxşı tanıyırıq. O Məhəmməd Əmin Rəsulzadə yolunun davamçısıdır. Elçibəy klassik və müasir ərəb dili, şərq ölkələrinin tarixi mədəniyyətini mükəmməl bilmişdir. Əbülfəz Elçibəy Prezident olaraq yürütdüyü siyasət Azərbaycan Dövlətinin inkişafına müsbət təsir göstərmişdir və Azərbaycanın şimalında Dövlət Müstəqilliyimizi bərpa etmişdir. O, bu yolda dəfələrlə həbs olunmasına baxmayaraq geriyə dönməmiş xalqımızın istiqlalı uğurunda son nəfəsinə qədər mübarizə aparmışdır.
Elçibəyin Prezidentliyi dövründə sovet ordusu Azərbaycandan çıxarılmışıdır. Goranboyun bir neçə kəndi, Ağdərə, Başkənd erməni işğalçılarından azad olundu. İşğal altında olan Laçının bir hissəsi düşməndən təmizləndi. Onun hakimiyyəti zamanı təhsil haqqında qnun qəbul edildi. Ali və orta ixtisas məktəblərə qəbulun test üsulu isə Elçibəyin mühüm uğurlarından biridir. Uzun müddətdən sonra latın əlifbasına keçidə nail olundu. Azərbaycanın milli valyutası buraxıldı.
Elçibəy həm də Türk xalqlarının Asambleyasının Fəxri sədri və Xalq Cəbhəsinin ömrünün sonunadək rəhbəri olmuşdur. Onu dünyada bir Demokrat kimi qəbul edilmişdir. Əbəs yerə deyildi ki, O Prezident olanda İngiltərənin baş naziri Marqaret Teççer Bakıya səfər gəlmişdir.
Onun mühüm fəaliyyətlərindən biri də 1997-ci ildə Bütöv Azərbaycan Birliyini yaratmasıvə ona başçılığı öz üzrəinə götürməsi olmuşdur. Elçibəy tək Azəebaycanın yox, həm də Türk dünyasının aparıcı Lideri idi. O, 22 avqust 2000-ci il tarixdə Türkiyyə cumhuriyyətinin Ankara şəhərində vəfat etmişdir. Onun doğum günü Türklük günü kimi, Vəfat günü isə Savalan ziyarət günü kimi qeyd edilir. Elçibəyin dəfn mərasimində bir milyona yaxın insan iştirak etmiş, məzarı Fəxri xiyabandadı, Elçibəy Türk xalqları üçün inam və ümid işıqıdır. Mən bir məktəbli kimi Elçibəyin siyasi və mənəvi dəyərlərini xalqımız üçün mütərrəqi örnək qəbul edirəm. Azərbaycan xalqı və dövləti onu hüç vaxt unutmur və unutmayacaq. O bizim qəlbimizdə daim və əbədi yaçayacaqdır.
Orda Bir Yol Var Uzaqda
O, Yol bizim Yolumuzdur.
Dönməsəkdə, Varmasaqda
O, Yol Bizim Yolumuzdur.
Lələ Teyyublu
Bakı şəhəri 212 №-li məktəbin 7-ci sinif şagirdi