|
Ceyhun Nəbi
Birləşmiş Hüquq Müdafiə Mərkəzinin sədri KXCP Sədri Mirmahmud Mirəlioğlu seçilib.
Mərkəzə müxtəlif partiyaların sədrləri, Vətəndaş Cəmiyyətinin təmsilçiləri, Hüquq müdafiəçiləri və s daxildir.
sədrin birləşdirici fiqur olması, digər şəxslərlə ciddi intiriqada olmaması onun sədr seçilməsinə şərait yaradib.
Bundan qiciqlanan müəyyən partiya və qruplar mərkəzə qarşı anti-təbliğat kompaniyasına başlayıblar, məqsəddə aydındır. müxtəlif bəhanələr gətirirlər ki, bu hakimiyyətə işləyir, bu bizim əlehimizədir və s.
Köhnəlmiş bəhanələrlə ilə özünü siğortalamaq istəyən qrup maraqlarının təmsilçiləri özlərini qeyri-ciddi, parçalayıcı mahiyyətlərini açıq şəkildə ortaya qoyurlar.
Həmin Mərkəzdə ciddi siyasi fiqurlar təmsil olunur, qəbul etsəkdə, etməsəkdə, əleyhinə olsaqda, olmasaqda bu siyasilər Mərkəzin güclü təsiredici baza yaratmasına şərait yaradır. Mərkəzdə Mirmahmud bəy kimi, İsa bəy kimi, Sülhəddin bəy kimi, Pənah bəy kimi, Sərdar bəy kimi, İqbal bəy kimi böyük siyasi fiqurlar təmsil olunur.
Mirmahmud bəyin isə sədr seçilməsi mərkəzə dahada inam yaradır.
Mirmahmud bəyin doğrulardan yana olması, mənəviyyat insanı olması, insanların ona özləri kimi güvənməsi, sözlərinə sadiqliyi, siyasi intiriqalardan uzaq olması və sonda siyasi arenada böyük siyasət adamı olması ona bu məqamda olmasına şərait yaradıb.
İnşallah Mirmahmud bəyin rəhbərliyi ilə Əliyevlərin zindanından bütün haqqsız yerə həbs olumuş məhbuslarımızı azad edərik.
Allah yardımcımız olsun, düşüncələrimizə və qollarımıza qüvvət.
Ceyhun Nəbi: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin Sədri