|
"Barselona"nın hücum üçlüyü - Lionel Messi, Luis Suares və Neymar komandanın məşqində çətin vəziyyətlə üzləşib.
Komanda.az xəbər verir ki, "kvadrat" oynanılan zaman topu almalı olan "üçlük" uzun müddət bunun öhdəsindən gələ bilməyərək, yerdə qalıblar.
"Barsa"lı futbolçular topu ala bilməyən hücum üçlüyünü özünəməxsus üsulla cəzalandırıblar. Belə ki, futbolçular Messi, Suares və Neymarı yüngülvari döyüblər.