|
Futbol üzrə milli komandasının oyunçularının 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının seçmə mərhələsinin son iki oyununda qazandığı mükafatın məbləği məlum olub.
Teleqraf.Az Offside.com.az saytına isinad edərək xəbər verir ki, milli komandamız futbolçuları Norveç(1-0) və Çexiya(0-0) ilə oyunlardan sonra 1.4 milyon manatdan çox pul qazanıblar.
Ümumi məbləğ tam olaraq 1 412 500 manatdır. Belə ki əsas heyət futbolçularımızın hərəsinə Norveç üzərində qələbəyə görə 50 000, Çexiya ilə bərabərliyə görə isə 30 000 manat məbləğində mükafat verilib. Bu oyunlarda sonradan meydana daxil olan futbolçularımıza isə uyğun olaraq 35 000 və 22 500 manat təqdim edilib. Hər iki oyunda da ehtiyat skmayada əyləşən futbolçular isə 25 000 və 15 000 manat mükafat qazanıb.
Qeyd edək ki, məşqçilər üçün ayrılan mükafat hələ ki məlum deyil lakin futbolçularla birgə ümumi mükafatın qədəri 1.5 milyon manata yaxındır.