|
Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. "Report"un məlumatına görə, bu, 74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyevdir.
Əliyev Əlcəzair və Polşadan olan rəqiblərini məğlub etdikdən sonra yarımfinalda İran idmançısı ilə qarşılaşıb. O, gərgin keçən görüşdə hakimlərin kobud səhvləri ilə uduzub. Bürünc medal uğrunda görüşdə Hindistan idmançısını üstələyən Azərbaycan təmsilçisi çempionatın bürünc medalını qazanıb.
Qeyd edək ki, ilk yarış günündə daha 2 medal əldə olunub. Ağahüseyin Mustafayev (65 kq) qızıl, Coşqun Əzimov (70 kq) gümüş medala sahib çıxıb.