|
“Real”ın baş məşqçisi Zinəddin Zidan üzləşdiyi problem barədə danışıb.
Komanda.az xəbər verir ki, Zidan “Real Sosyedad” üzərində qazanılan qələbədən (3:0) sonra fikirlərini bildirib. O, komandasından razı qaldığını deyib. Zidan start heyətini müəyyənləşdirərkən, başının ağrıdığını da etiraf edib:
“Biz bilirdik ki, çətin qarşılaşma olacaq. Ancaq ilk dəqiqələrdən yaxşı oynadıq. Mövsümə qələbəylə başlamaq çox vacibdi. Bütün futbolçulardan razıyam. Hər kəs meydanda maksimum enerji sərf etdi. Bir yerdə müdafiə olunduq və hücum etdik.
Start heyətini müəyyənləşdirərkən, başım ağrıyır. Asensio meydana start heyətində çıxdı və yaxşı oynadı. Sonradan meydana çıxanlar - İsko və Xames də yaxşı oynadılar. Beylə görə də sevinirəm. O, fiziki planda hələ ən yüksək səviyyəyə qalxmayıb. Amma siz onun necə oynadığını gördünüz. Bu mövsüm Beyl üçün xüsusi olacaq”.