QAT sədri Akif Nağı Moderator.az-a açıqlamasında həbsdəki OMON-çuların Qarabağda döyüşmək arzusuna münasibət bildirib. A.Nağı hesab edir ki, artıq cəmiyyətdə OMON-çulara olan münasibətin dəyişməsinə ehtiyac var:

“Hesab edirəm ki, ümumiyyətlə OMON-çularla bağlı münasibət dəyişməlidir. O insanların demək olar ki, hamısı vətən uğrunda, Qarabağ uğrunda fədakarlıq edən, döyüşən insanlardır. Bu insanlar vətən uğrunda öz canlarını qoyublar. Onların bir hissəsi azadlıqda olsa da, bir hissəsi həbsdədir. Onların əksəriyyəti həbs yolunu keçib. Onların içərisində bizim tanıdıqlarımız, üzvlərimiz də var. 9-10 il həbsdə yatanlar oldu. Indi də həbsdə yatanlar var. Bildiyim qədəri ilə OMON-çular arasında ömürlük həbs cəzası alanlar da var. Hesab edirəm ki, bu insanların xidməti hökmən nəzərə alınmalıdır”.

A.Nağının sözlərinə görə, məlum proseslərin üstündən kifayət qədər zaman keçib və bu baxımdan OMON-çulara olan münasibəti yaxşı mənada dəyişməyə, onlara yenidən etimad göstərməyə ehtiyac var: “Mən anlayıram ki, ortada bəzi məsələlər, siyasi proseslər oldu. Cəmiyyətdə OMON-çularla bağlı xoşagəlməz bir fikir formalaşdı. Bunların hamısı oldu, keçdi. Artıq bu hadisələrin üzərindən çox vaxt keçib. O vaxtdan bu vaxta qədər insanlar həbsdə qalıb. Əgər onların bir günahı varsa, həbsdə qaldıqları müddət zamanı onların günahı da yuyulub. Azadlıqda olan OMON-çulara münasibət elədir ki, onlar özlərini cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Onlara qarşı belə bir münasibətin sərgilənməsi düzgün deyil”.

QAT sədrinin bildirdiyinə görə, OMON amili ermənilərin ən çox qorxduğu, çəkindiyi amillərdən biri olub:

 “OMON-nun adı gələndə ermənilər zağ-zağ əsirdi. Neçə-neçə əraziləri OMON-çular erməni işğalndan azad edib.

Rövşən Cavadovun özü ilə bağlı da fərqli bir yanaşma olmalıdır. Xalq onun çəkdiyi əziyyətləri, göstərdiyi qəhrəmanlıqları da bilir. Bunların hamısının üzərindən birmənalı şəkildə xətt çəkmək düzgün olmaz. Belə olarsa, bu, tarixin təhrif olunması demək olar. Mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Bu insanlara yenidən özlərini döyüş meydanında göstərmək imkanı verilməlidir. Hesab edirəm ki, həbsdəki bütün OMON-çular azadlığa çıxmalıdır. Ola bilsin ki, bu məsələlər nəzərdən qaçdığı üçün bu vaxta qədər öz həllini tapmayıb”.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti