|
"İslamda su ehsan buyurulubdur. Həzrəti Hüseynin yolunu Fərata bağlayıb əhli-beyti susuz qoyanlar 1300 ildən çoxdur ki, lənətlənir."
... Son 7- 8 ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən müəmmalı şəkildə həbs olunmuş şəxslərlə bağlı araşdırma üzərində çalışıram. Apardığımız ilkin araşdırmaya görə hazırda adı olub, özü olmayan bu qurumun keçmiş məsul şəxsləri tərəfindən son illər xeyli sayda insan həbs olunub və onların böyük əksəriyyəti hazırda həbsdədir. Həmin şəxslərə qarşı cinayət məcəlləsinin ən ağır maddələri ilə cinayət işi açılıb.
GünAzTV: Fələstin İslam Hərəkatının lideri Şeyx Raid Səlah, mayın 12-də şəxsi “Facebook” səhifəsində yazı paylaşaraq İran İslam Respublikasını suriyalı müsəlmanları kütləvi şəkildə qətliam etməkdə günahlandırıb.
“Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri, hazırda həbsdə olan Tale Bağırzadə Ermənistan prezidenti Serj Sərkisyana müraciət edib. “Qəsbkar Ermənistan rejiminin başçısı Serj Sərkisyana” sözlərilə başlayan müraciət Tale Bağırzadənin feysbuk səhifəsində paylaşılıb. Müraciəti olduğu kimi təqdim edirik.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.
Alay komandiri polkovnik Amirxanyan və bir neçə zabit cəbhə xəttində ağır güllə yarası alıblar.
Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının təşəbbüsü ilə 24 aprel Bütöv Azərbaycan Gənclər Günü qeyd edilib.
Mirmahmud Mirəlioğlu: "Biz, 9 il qabaq Azərbaycan hakimiyyətinə Qarabağda anti terror əməliyyatı aparmaq üçün təkliflər paketi təqdim elədik. Bakıdakı ABŞ böyük elçiliyinin göstərdiyi maraq qədər Azərbaycan höküməti bu paketə maraq göstərmədi"
Teleqraf.az KXCP sədri Mirmahmud Mirəlioğlunun Avropa. Info-ya verdiyi müsahibənin tam mətnini təqdim edir.
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
QAT sədri Akif Nağı Moderator.az-a açıqlamasında həbsdəki OMON-çuların Qarabağda döyüşmək arzusuna münasibət bildirib. A.Nağı hesab edir ki, artıq cəmiyyətdə OMON-çulara olan münasibətin dəyişməsinə ehtiyac var: