|
Türkiyə dövləti PKK-nı tamamilə məhv etmək üçün terrorçuların sığındığı Şimali İraq Kürd Muxtariyyəti və İran İslam Respublikası ilə danışıqlar aparır.
Publika.az “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, Türkiyə ordusunun keçirdiyi əməliyyatlardan sonra PKK üzvlərinin üçdə ikisi İrana qaçıb: “Ankaranın apardığı danışıqlar nəticəsində artıq Şimali İraq Kürd Muxtariyyəti PKK ilə arasında məsafə saxlayır. Bərzani bu məsələdə Türkiyənin yanındadır. Artıq İran da PKK-ya qarşı sərt addımlar atmaq qərarını verib. İran rəsmiləri bununla bağlı Türkiyəni dəstəkləyən müsbət açıqlamalar da verirlər. Əgər İran loqistik dəstəyi kəsərsə, bu PKK üçün yolun sonu deməkdir”.
Qəzet qeyd edir ki, İran prezidenti Həsən Ruhaninin yaxın günlərdə Ankaraya edəcəyi səfərdə də bu məsələ əsas müzakirə mövzusu olacaq.