|
Suriyanın Həsəkə şəhərində YPG qüvvələri ilə hökumətin tabeliyində olan qüvvələr arasında baş verən qarşıdurmadan sonra ABŞ Suriya və Rusiyanı təhdid edib.
Axar.az xəbər verir ki, amerikalı general Stefan Tounsend YPG-yə təlim keçən ABŞ xüsusi qüvvələrinin yerinin Rusiyaya bildirildiyini deyib. O acıqlamasında Rusiyanın da bu kordinatları Suriyaya çatdırdığını söyləyib:
“Özümüzü təhlükədə hiss eləsək, müdafiəyə keçəcəyik”.
Qeyd edək ki, Tounsendin İraq və Suriyadakı ABŞ qüvvələrinin generalı olduğu bildirilir. Həmçinin, generalın Suriya Hava Qüvvələrinin bölgədəki fəaliyyətinə müdaxilə eləməkdən bəhs edən ilk ABŞ səlahiyyətlisi olduğu da diqqətə çatdırılıb.