|
Avqustun 8 də Rusiya-Gürcüstan müharibəsindən 8 il keçdi
Teleqraf.az-ın məlumatına görə, məsələ ilə bağlı, Marneuli Bələdiyyəsi Özünüidarəetməsinin rəhbər şəxsləri və əməkdaşları, Gürcüstan ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş Marneulili əsgərlərin büstləri qarşısına əklik qoyraq ruhlarını yad etdilər.
Qəhrəmanların büstü qarşısında Qurucu Davit adına kilsənin idarəçisi İliya Çiladze
Ata dua oxudu. Müharibədə həlak olanların ruhuna hörmət ilə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə kiçik tədbir keçirildi. Marneuli ərazisində yerləşən hərbi hissənin əsgərləri, müharibədə həlak olan qəhrəmanların ailə üzvləri və vətəndaşlar iştirak edirdilər.
Rusiya-Gürcüstan müharibəsində qəhrəmancasına Marneulidən gedən əsgərlər və könüllülər mübarizə aparıblar.
Təəssüfki, bu qarşıdurmada 4 Marneulili əsgər həlak oldu. Onlar bunlardır:
1. Zaza Botsoidze.
2. Qiorqi Tatuaşvili.
3. Roman Zoidze
4.Qia Romelaşvili
Qeyd etmək lazımdır ki, tədbirdə qəhrəman Zaza Botsoidzenin oğulları-Qiorqi və Saba Botsoidzelər, Vətən uğrunda həlak olmuşlrın büsdü qarşısında əsgər geyimində hörmətli keşikçilik də dayandılar. Onlar atalarının xatirəsinə yazılmış şerləridə dilə gətirdilər.
Avqust müharibəsindən 8 il keçməsi ilə əlaqədar, müharibədə həlak olmuş əsgər ailələrinə, Marneuli Bələdiyyəsinin Özünüidrəetməsi bir dəfə maddi yardım kimi, 500– 500 lari məbləğində pul köçürdü.
Özünüidarəetmənin qərarı ilə, Abxaziya və Samaçablo müharibələrində həlak olmuş qəhrəmanların ilələrinədə pul yardımı göstəriləcək.
Anar Rəsul