|
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu dəqiqələrdə Ermənistan XİN-in rəhbəri ilə danışıqlara başlayıb. ANS PRESS-in "Ria Novosti" saytına istinadən verdiyi məlumata görə, görüş az sayda nümayəndənin iştirakı ilə keçirilir, daha sonra nümayəndə heyətinin digər üzvləri də danışıqlara qatılacaqlar.
Lavrov bu gün həmçinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək.
Rusiya XİN başçısının İrəvana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabaq münaqişəsinin tənzimlənməsidir.
11:34 / Lavrov İrəvanda Sisernakaberd abidəsini ziyarət edib
Ötən gündən İrəvanda səfərdə olan Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün səhər saatlarında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə qondarma erməni soyqırımına həsr olunan Sisernakaberd abidəsini ziyarət edib. Lavrov abidə qarşısına gül qoyub və baş əyib.