|
Tovuzda mal qara axtarışına çıxan iki mülki şəxs minaya düşüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib. Kənd sakini1987-ci il təvəllüdlü Elvin Qafarov gecə örüşdən geri qayıtmayan iri buynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşüb. O, Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Elvin Qafarovun sol ayağı amputasiya olunub, sağ ayağında isə qəlpə yaraları var.
Tovuzun cəbhəyanı kəndlərinin əhalisi müharibə şəraitində yaşayır. Sakinlər təkcə minaya düşmək təhlükəsi ilə deyil, düşmən gülləsinə tuş gəlmək təhlükəsi ilə də üz-üzədir.
Bir ay əvvəl isə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və yandırıcı silahlardan cəbhəyanı bölgələri atəşə məruz qoyması nəticəsində Qazax Məzəm kəndində yaşayış evi yanıb.
Erməni silahlı bölmələri cəbhədə atəşkəs rejimini pozmağda davam edir. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.