|
Qırğızıstanın prezidenti Almazbek Atambayev parlament seçkilərində səsvermədə iştirak edib. Bundan öncə olkənin Baş naziri Temir Sariyev də səsvermədə iştirak edib.
Trend-in məlumatına görə, bu barədə Qırğızıstanın "Kabar" xəbər agentliyi məlumat verib.
Qırğızıstanda bazar günü parlament seçkilərində səsvermə başlayıb.
Qırğızıstanda 2 milyon 761 min 297 seçici var.