|
MHP-li millət vəkili Oqtay Vuralın xanımı professor ,Tuba Vural xərçəng xəstəliyi ilə bağlı müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Teleqraf.az-ın xəbərinə görə, onun ölümü Oktay Vural üçün çox ağır bir ikti olub. Türk millət vəkili bir müddət əvvəl həyat yoldaşının xəstəliyindən danışarkən onun evə qayıtmağını çox arzuladığını bildirmişdi.
“Axşamlar bayıra çıxmazdım, ya da tez bir vaxtda evə qayıtmağa çalışardım. “Tuba, bir çay dəmlə” deyərdim. Amma indi o yoxdur. Çoxdandır evə sadəcə yatmağa gedirəm. Evin sahibəsini gözləyirəm” – deyə O.Vural söyləmişdi.
MHP-nin də rəsmi tvitter səhifəsində O.Vurala baş sağlığı bildirilib.
Qeyd edək ki, cütlük 1988-ci ildə evlənib. Tuba Vuralın isə 3 il yarım bundan əvvəl bu xəstəliyə yaxalandığı məlum olub.