Türkiyə Cümhuriyyətinin Kilist bölgəsində qeyri-qanuni dinləmə əməliyyatında çox sayda polis saxlanılıb.
Teleqraf.az-ın xəbərinə görə, Kilis Respublika Baş Prokurorluğu tərəfindən səhər saat 06:00 radələrində qanunsuz dinləmələrə qarşı əməliyyat başlayıb.
Diyarbəkir Polis Məktəbində xidmət edən Kilisin keçmiş Kəşfiyyat Şöbə Müdiri Kənan G.Nin də aralarında olduğu çoxlu sayda polis saxlanılıb.
Əməliyyatla bağlı olaraq neçə adamın nəzarətə alındığı və ittihamlarla bağlı Respublika Baş Prokurorluğu tərəfindən bəyanat verilməsi gözlənilir.