|
Hər zaman qəbul etdiyi sərt qərarlarla ictimaiyyətin diqqətini çəkən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bir neçə gün bundan əvvəl Şərur rayon icra hakimiyyəti başçısının 4 müavinini işdən çıxarması, icra başçısı ilə bağlı isə Preziden Adminstrasiyasına təqdimat göndərməsi xəbəri yayılmışdı.
Ucnoqta.az-ın məlumatına görə, Şərur rayonunda bir neçə müəssisənin açılışında iştirak edən Naxçıvan MR Ali məclisinin sədri Vasif Talıbov orada yerli camaatın problemləri ilə maraqlanıb. Bu zaman Vasif Talıbova icra hakimi və onun müavinləri ilə bağlı çoxlu şikayətlər bildirilib.
Rayon əhalisi, bildirib ki, icra başçısı və onun müavinləri sakinləri qəbul etmir, onların problemləri ilə maraqlanmır.
Sakinlərin şikayətlərini diqqətlə dinləyən Vasif Talıbov onlara lazımi tədbirlərin görüləcəyini bildirib.
Daha sonra Şərurdan Ali Məclisə qayıdan Vasif Talıbov dərhal icra hakiminin 4 müavinini işdən azd edib. İşdən azad olunan müavinlər Rövşən Bağırov, Kamil İskəndərli, Ələddin Məmmədov və Minurə Hüseynlidir.
Ali Məclis sədri icra başçısı İbrahim Məmmədova sərt xəbərdarlıq edərək, onun işdən azad olunması üçün PA-a təqdimat da yazıb.
Artıq Vasif Talıbov icra başçısına yeni müavin də təyin edib. Bu Şərur rayon MSK-nın sədri Kamal Ələkbərovdur.
Qeyd edək ki, məlumatları Nax MR Ali Məclisinin mətbuat xidmətindən təsdiqləsələr də, əlavə məlumat verilməyəcəyini bildiriblər.