Hər zaman qəbul etdiyi sərt qərarlarla ictimaiyyətin diqqətini çəkən Naxçıvan Muxtar  Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bir neçə gün bundan əvvəl Şərur rayon icra hakimiyyəti başçısının 4 müavinini işdən çıxarması, icra başçısı ilə bağlı isə Preziden Adminstrasiyasına təqdimat göndərməsi xəbəri yayılmışdı.

Ardını oxu...


14:16

N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib.

Neft şirkətindən Axar.az-a verilən məlumata görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib.

Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunmuşlar. Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcəkdir.                           

22:02

Oktyabrın 23-ü, saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın hadisəsi baş verib.
 
Dərhal FHN-nın müvafiq qurumları hadisə yerinə cəlb edilib və yanğın saat 12.45 radələrində söndürülüb. Qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

 

Xəbər lenti