|
"ALLAH ÖMÜR VERƏRSƏ PREZİDENTİMİZİN İKİNCİ DÖVRÜNÜ GÖRƏCƏYİK"
Teleqraf.az xəbər verir ki, Türkiyə Baş nazirinin müavini Bülənt Arınç AKP –nin İstanbul təşkilatı məclisinin toplantısında Türkiyə cümhuriyyəti prezidenti Ərdoğanın ikinci dəfə də prezident olacağı barədə mesaş verib. 2015 seçkilərinin bir tale seçki olacağını vurğulayan Arınç, sözlərini belə davam etdirdi:
"Ondan sonra 4 il sabit bir dövr olacaq. Yola davam edəcəyik və böyük bir sabitlik dövründə bütün xidmətlərimizi taçlandırılacaq çox gözəl şeylər edəcəyik. Keçmişdə hər il bir iki seçki gördük. Bir iki seçki demək, dövlət idarəsində də çox sıkışdığımız günlər olub demək. Amma 2015 -1019 seçkisiz bir dövrdür. Sonra çox gözəl bir dövrə rast gələcəyik. 2019da bütün seçkiləri bir arada görəcəyik. Allah ömür verərsə Prezidentimizin ikinci dövrünü görəcəyik. Deputat və bələdiyyə seçkiləri yenilənəcək. 3 sandığı bir araya gətirəcəyik".