|
ABŞ Dövlət katibi John Kerry bank rəhbərlərini əmin edir ki, İranla biznes qurmaq istəsələr, Birləşmiş Ştatlar onların yolunu əsməyəcək.
Kerry mayın 12-də Londonda Avropa banklarının rəhbərlərilə görüşüb. Deyib ki, onlar İranla qanuni iş görməyə görə cəzalandırılmayacaqlar, çünki Tehrana sanksiyaların çoxu qaldırılıb.
Görüşdə Britaniyanın Barclays, HSBC və Standard Chartered, eləcə də bir sıra Avropa banklarının rəhbərləri iştirak ediblər.
Kerry-nin sözlərinə görə, banklar yalnız ABŞ-ın sanksiya qoyduğu İran şirkətləri və fərdləri ilə biznes qurmaqdan yayınmalıdır. Bu şirkətlərin bəziləri İran İnqilab Keşikçiləri Qvardiyasına bağlıdır.