Müdafiə Nazirliyinin rəhbərliyindəki mənbələr Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, general-mayor Mirzə Almasovun və Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun vəzifələrindən azad edilməsi barədəki məlumatı virtualaz.org saytına təsdiqləyiblər.

Maraqlıdır ki, nə Azərbaycan prezidentinin, nə də Müdafiə Nazirliyinin mətbuat xidmətləri generalların işdən çıxarılması barədə hələ də rəsmi informasiya yaymayıb.

*   *   *

Azərbaycan prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, general-mayor Mirzə Almasovu və Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovu vəzifədən azad edib.

Bu barədə virtualaz.org saytına Müdafiə Nazirliyi sistemindəki mənbələrdən məlum olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məlumat nə təsdiq, nə də təkzib olunmayıb. Nazirlikdən virtualaz.org saytına yalnız onu bildiriblər ki, mətbuat Müdafiə Nazirliyi sistemindəki kadr dəyişiklikləri barədə məlumatlandırılacaq.

Yüksək rütbəli iki generalın vəzifəsindən kənarlaşdırıldığını hərbi ekspert Üzeyir Cəfərov da təqsdiqləyib. O, bu haqda öz facebook hesabında məlumat paylaşıb.

Generalların Müdafiə Nazirliyi sistemindəki korrupsiya qalmaqallarına görə etibarlarını itirdikləri və işdən azad olunduqları bildirilir.

Belə ki, iyulun 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının üç yüksək vəzifəli əməkdaşını həbs edib. Zabitlər korrupsiyada və rüşvət almaqda ittiham olunur.

Şübhə yoxdur ki, general Fəxrəddin Cəbrayılovun işdən azad edilməsi də onun başçılıq etdiyi idarədə aşkar olunan korrupsiya faktları ilə əlaqəlidir.

Fəxrəddin Cəbrayılov 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra polkovnik rütbəsində ehtiyatdan orduya çağırılıb və Müdafiə Nazirliyi sistemində korrupsiya, digər qanunsuz əməllərin qarşısını almalı olan Baş Hərbi İnspeksiyaya rəis təyin edilib. Belə görünürdü ki, Milli Qəhrəmanın yenidən orduya çağırılması və Baş Hərbi İnspeksiyanın rəisi təyin edilməsi Səfər Əbiyevin dövründə orduda kök salmış korrupsiyaya qarşı mübarizə üçün ona xüsusi etimadın göstərilməsi ilə bağlı idi.

Lakin Cəbrayılov etimadı doğrultmayıb və onun başçılıq etdiyi idarədə korrupsiya, rüşvət əməlləri aşkar olunub.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti