QAT aksiya keçirəcək

Qarabağ Azadlıq Təşkilatı Gürcüstanda yaşayan soydaşımız Turqay Mikayılovun erməni sərhədçiləri tərəfindən tutularaq Ermənistana aparılması, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə qarşı Ermənistan tərəfindən müxtəlif təxribatların törədilməsi, bu ərazilərdə torpaqların zəbt edilməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün qərar verib. Bu gün bu barədə müraciət Bakı şəhər İcra hakimiyyətinə göndərilib. Müraciətdə göstərilir: Aşağıda imza edənlərin təşkilatçılığı ilə 2015-ci il avqustun 18-də saat 12:00-dan 13:00-dək Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının, piketin keçirilməsi qərara alınıb. Aksiyada Qarabağ Azadlıq Təşkilatının 50 nəfər üzvünün iştirakı nəzərdə tutulur. Aksiya iştirakçıları Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində ermənilərin törətdikləri təxribatçı hərəkətlərin, azərbaycanlıların ermənilər tərəfindən müxtəlif təzyiq və qəsdlərə məruz qalmaları, onların tutularaq Ermənistana aparılması, orada saxlanılması hallarının qarşısının alınması üçün Gürcüstan hökumətindən tədbirlərin görülməsini tələb edəcəklər.

Son dövrdə Gürcüstanın icra və hüquq-mühafizə orqanlarının diqqətsizliyi və biganəliyi nəticəsində bu ölkədə ermənilərin və onların havadarlarının antiazərbaycan siyasəti fəallaşıb, sərhədboyu azərbaycanlılar yaşayan ərazilər Ermənistanın sərhəd qüvvələri tərəfindən zəbt olunur, azərbaycanlılar oğurlanıb Ermənistana aparılır, onlara qarşı işgəncələr tətbiq olunur, hətta öldürülür. Konkret olaraq, ermənilər son aylar ərzində bir sıra sərhəd rayonlarında, o cümlədən Xuludərə, Təzəkənd, Təkəli, Sadaxlı kəndləri istiqamətində məkrli planlar həyata keçirməyə cəhd göstərir, azərbaycanlı Turqay Mikayılovu tutub apararaq Ermənistanda saxlayırlar. Çox maraqlıdır ki, ermənilər tərəfindən oğurlanan, öldürülən adamların içərisində bu günə qədər bir gürcü də olmayıb. Bütün bunlar göstərir ki, Ermənistan hakimiyyəti azərbaycanlılara qarşı planlı şəkildə iş aparır, azərbaycanlıları əsrlərlə yaşadıqları ərazilərdən qovub çıxartmağa çalışırlar. Bir şey aydındır ki, ermənilər Gürcüstanda ikinci Qarabağ cəbhəsi açmağa, burada da Qarabağ ssenarisini təkrar etməyə çalışırlar. Təəssüf ki, Gürcüstan hakimiyyəti bu erməni siyasətinin qarşısının alınması üçün təsirli tədbirlər görmür.

Xahiş edirik, bu deyilənləri nəzərə alaraq bizim aksiya keçirməyimiz üçün sanksiya verəsiniz, aksiyanın təhlükəsizliyinin təmin olunması üçün uyğun orqanlara sərəncamlarınızı verəsiniz.

 

 

 

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti