|
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) avqustun 1-də keçirəcəyi III qurultayına Yeni Azərbaycan Partiyasının (YAP) rəsmilərini dəvət edib. Hafta.az-a məsələ ilə bağlı danışan partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bunları bildirib:
“Məzuniyyətdə olduğum üçün bu barədə hələ xəbər tutmamışam. Ancaq onu deyim ki, indiyə qədər Yeni Azərbaycan Partiyası heç bir dəvət olunan yerdən geri qalmayıb. Biz istənilən partiyanın dəvətinə əsasən öz nümayəndəmizi onların təşkil etdikləri tədbirə göndərmişik. Sadəcə olaraq, kimi göndərməyimiz söz mövzusu olub”.
Məsələ ilə bağlı Hafta.az-a Yeni Azərbaycan Partiyasının Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, o da məzuniyyətdə olduğu üçün hadisələrdən xəbərsizdir.