Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı artıq bir ildir ki, Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı bu ölkənin prezidenti və baş nazirinə məktub göndərib.

Məktublarda göstərilir: Mən, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Gürcüstan Respublikasına girişimə qadağa qoyulması ilə bağlı Sizə müraciət edirəm. Mən bu qadağa ilə 2014-cü il iyunun 5-də üzləşmişəm. Həmin vaxt mən Türkiyədən qayıdarkən Sərpi keçid-sərhəd məntəqəsində saxlanılaraq geri qaytarılmışam. Həmin gündən bir ildən çox vaxt keçib. Lakin bu günə qədər mənə bu qadağanın səbəbini izah etməyiblər. Mən bir neçə dəfə Gürcüstanın xarici işlər nazirliyinə, Gürcüstanın Azərbaycandakı səfiriliyinə müraciət etmişəm, lakin heç bir aydın cavab almamışam.

Mən 2013-2014-cü illərdə bir neçə dəfə Gürcüstanda olmuşam, Qeyri-hökumət təşkilatları, Universitet rəhbərləri və tələbələri, Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlər və digər nümayəndələrlə görüşmüşəm, Azərbaycan və Gürcüstan arasındakı ictimai əlaqələrin inkişafı, münaqişələrlə bağı informasiya mübadiləsi, işğala və separatizmə qarşı birgə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparmışıq. Mən hər yerdə Azərbaycan və Gürcüstan xalqları və dövlətlərinin dostluğunun, əməkdaşlığının vacibliyini təbliğ etmişəm. Ona görə də mənim Gürcüstana girişimə qadağa qoyulması başa düşülən deyil və yalnız anlaşılmazlıq, ya da təxribat ola bilər.

Xahiş edirəm, bu məsələyə müdaxilə edəsiniz və mənim barəmdə verilmiş bu yanlış qərarın ləğv olunmasına və yaxud günahım varsa, onun açıqlanmasına yardımcı olasanız.

 

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti