Son günlər Azərbaycanda müharibə başlayacağına dair müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Bu müzakirələrin əsas predmeti isə hərbi qulluq vaxtını tamamlayan əsgərlərin hələ də ordudan təxris olunmamasıdır. 

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Modern.az saytının sualını cavablandırıb.

O qeyd edib ki, hazırda orduda vəziyyət iki il əvvəlki kimi deyil: "Azərbaycanın hərbi gücü artıb. Nəzərə almaq lazımdır ki, düşmən də əlini əlinin üstünə qoyub tamaşa etmir, Ermənistandan peşəkar saydıqları hərbiçiləri ora yönəldir, orda xüsusi hərbi birləşmələr yaratmaqla məşğuldurlar. Beləliklə, bunlar, avtomatik olaraq, Azərbaycanın sayıqlığını artırmağı tələb edir”.

Zahid Oruc bildirib ki, qulluq vaxtı başa çatan hərbiçilərin evlərinə buraxılması bir neçə ay gecikə bilər:


"Tərxis vaxtı yetişən hərbi qulluqçular 1990-cı illərdəki kimi 4-5 il deyil, ola bilər ki, bir neçə ay gecikmə ilə evlərinə buraxılsın. Ehtiyatda olan hərbi qulluqçuların da orduya cəlb edilməsi onların hərbi formalarını, biliklərini artırmaq məqsədi güdür. Mümkündür ki, ehtiyac duyulduğu halda onlar peşəkar səviyyədə müharibəyə cəlb olunsun.

Hazırda Müdafiə Nazirliyinin adından danışmaq çətindir. Lakin Milli Məclisin komitəsinin üzvü kimi gördüyüm, müşahidə etdiyim, aldığım informasiyaları analiz edərək deyə bilərəm ki, həqiqətən də təhlükəsizlik problemləri kifayət qədər dərinləşib. Cəbhə xəttində vəziyyət əvvəlkindən qat-qat gərgindir. Azərbaycan ön cəbhəyə kifayət qədər texnika və texnologiya sursatlarını toplayıb, onları idarə edən peşəkarlarımız da ön cəbhəyə yönəliblər.

Müdafiə nazirinin özünün rəhbərliyi ilə həyata keçirilən təlimlər də döyüşə hazırlıq deməkdir. Bütün bunların fonunda erməni tərəfi kifayət qədər böyük qüvvələrini regiona cəlb edib. İndi Ermənistanın hərbi qüvvələrinin əksər hissəsi Qarabağda cəmlənib. Ona görə də say, yerdəyişmələr, onların taktikasının müşahidə altında saxlanması onu deməyə əsas verir ki, Azərbaycanda hərbi xidmət sistemində əvvəlki müddətlərdəkindən kənara çıxmalar baş verəcək. Hesab edirəm ki, bunu vətəndaşlarımız anlayışla qarşılamalıdır. Əminəm ki, müharibə başlamayacağı təqdirdə, hərbi qulluqçular xidmət müddətlərini başa vurub sağ-salamat evlərinə qayıdacaqlar.

Mənim bildiyim ondan ibarətdir ki, bəzi hərbi hissələrdə hərbi xidmət müddətini başa vuran hərbiçilər daha bir neçə ay qulluq keçəcəklər. Lakin bunun ölkədəki bütün hərbi hissələrə şamil olunması da doğru deyil. Hesab edirəm ki, xidmət müddəti başa çatan digər hərbi qulluqçular iyulun 20-ə qədər ordudan tərxis olunacaqlar”.

"Müharibə başlaya bilərmi” sualına cavab olaraq Zahid Oruc bildirib ki, parlament üzvlərinin ölkənin bütün hərbi sirlərinə bələd olmadan, Azərbaycanın silahlı əməliyyatlara başlayacağı təqdirdə, müdafiəsi ilə, ona yardım olacaq ölkələrin sayını bilmədən, atılacaq addımların taktiki xəritəsindən tam məlumatsız şəraitdə asanlıqla "müharibə" ifadəsini dilə gətirməməlidir. 

"Ona görə ki, hərbi əməliyyatların başlanması nə qədər sadə və asandırsa, qurtarması da bir o qədər çətindir. Bununla bərabər, hesab edirəm ki, ölkə rəhbərinin hərbi dildə danışması inkar olunmazdır. Bəzən müharibə özü deyil, sadəcə təhdid, onu nümayiş etdirmə, bir neçə raketini vurmaq, düşmənin canlı texnikasına zərbə endirmə özü də psixoloji-mənəvi geriçəkilmələrə səbəb ola bilir”.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti