|
Azərbaycanlı investorlar Avstriyada klub alıb.
Teleqraf.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Neue Zürcher Zeitung" saytı yazıb. Söhbət "Ottakring" klubundan gedir.
"Ottakring" klubu Vyananın qərbində yaradılıb. Klub ölkənin yüksək futbol liqasının 6-cı pilləsini tutur. Bu yaxınlarda isə Azərbaycandan olan səhmdarlar bu kluba müştəri düşüblər. Onlar klubu satın almaq istəyiblər. Amma bir şərtlə: komandanın adı "Qarabağ" olmalıdır.
Hazırda klubun adının "Qarabağ" olması ilə bağlı işlər aparılır. Məqsəd Vyana "Qarabağ"ının Avstriya çempionatında yer tutmasıdır.
Azıərbaycanlı səhmdarların "Ottakring" klubunu satın almaq üçün nə qədər ödfədiyi açıqlanmır.
Komandanın rəsmi saytında da artıq ad dəyişikliyi edilib və ""Qarabağ" futbol klubu" yazılıb.