|
Almaniyanın “Die Zeit” qəzeti hansı ölkələrdən İŞİD terror təşkilatına nə qədər vəhhabilər qatıldığı barədə siyahı yayımlayıb.
Teleqraf.az xəbər verir ki, siyahıya Tunis, Səudiyyə Ərəbistanı və Mərakeş başçılıq edir.
İŞİD-in tərkibində 40 ölkədən insan var. Siyahıda ən çox Tunisdən qatılanlar varsa, ən az göstəriciyə Əfqanıstan sahibdir.
2012-ci ildən bu günə qədər İŞİD sıralarına qatılan üzvlərin arasında kasıb ailələrin olduğu qədər, imkanlı ailələrin uşaqları da var. Yalnız işsizlər deyil, müxtəlif peşə sahibləri, hətta sabiq ordu mənsubları da İŞİD daxilində döyüşlərə qatılır. İŞİD-ə qatılanların gəldikləri ölkələr bunlardır:
Tunis 3.000
Səudiyyə Ərəbistanı 2.500
Mərakeş 1.500
Rusiya və keçmiş sovet respublikaları 1.500
İordaniya 1.500
Livan 900
Fransa 700
Liviya 600
Türkiyə 400
Almaniya 400
Misir 360
Pakistan 330
Belçika 300
Avstraliya 250
Əlcəzair 200
Hollandiya 150
Qazaxıstan 150
Albaniya 140
İsrail / Fələstin 120
Kosovo 120
Yəmən 110
ABŞ 100
Danimarka 100
İspaniya 100
Çin 100
Sudan 100
İsveç 100
Somali 70
Küveyt 70
Bosniya və Hersoqovina 60
Avstriya 60
İndoneziya 60
Ukrayna 50
İtaliya 50
Norveç 50
İrlandiya 30
Finlandiya 30
Kanada 30
Əfqanıstan 25